Xəbəraz

DİQQƏT ! – Bu səhiyyə oçağında ÖLÜLƏR ÜÇÜN DƏ SAĞLAMLIQ HAQQINDA ARAYIŞ SATILIR // VİDEOFAKT

DİQQƏT ! – Bu səhiyyə oçağında ÖLÜLƏR ÜÇÜN DƏ SAĞLAMLIQ HAQQINDA ARAYIŞ SATILIR // VİDEOFAKT

DogruXeber.az: – Özbaşınalıqları, saymazlığı və yarıtmazlığı ilə ölkə əhalisinin çox hissəsini “əsəb xəstəsi” edən səhiyyə sahəsindəki rüşvət yolu ilə “aşıb-daşan qazancdan həvəslənib” Azərbaycanda daha bir tibbi qurum – Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) yaradıldı. Yeni yaradılmış quruma rəhbərlik edən İdarə Heyətinin sədri Ramin Bayramlı çox keçmədi ki, inşa etdirdiyi villası, daşınmaz əmlakları ilə ölkə mediasının gündəmini günlərlə zəbt etdi. Məlumatlar yayıldıqdan qısa müddət sonra Ramin Bayramlı özü ərizəsini yazıb, vəzifədən “hörmətli” getdi.

Ramin Bayramlıdan sonra Vüqar Qurbanov TƏBİB-in İdarə Heyətinin Sədri vəzifəsini müvəqqəti olaraq icra edir.

Özü də maşallah çox çalışqandır.
Allahın verdiyi hər gün mətbuatda Vüqar Qurbanovun imzaladığı əmrlər yer alır. Gündə bir baş həkimi işdən çıxarır, yerinə başqa birini direktor təyin edir. Heç Ramin Bayramlı rəhbərlik etdiyi müddətdə bu qədər əmr imzalamırdı. Əvəzedici Vüqar Qurbanovun isə yuxarıda da qeyd etdiyimiz kimi “Maşallahı var”.

Özü də son günlər direktor vəzifəsinə təyin etdiyi şəxsləri deyəsən “xüsusi seçir”. Məsələn, bir neçə gün əvvəl “Şamaxı Şəhər Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsi”nə direktor təyin etdiyi Emin Hüseyin rüşvətxorluq və “qoçu”luğu ilə əvvəllər baş həkimi olduğu Astara rayon Mərkəzi Xəstəxanasında da, Qobustan rayon Mərkəzi Xəstəxanasında da “silinməz izlər buraxıb”. Vüqar Qurbanov da onun bu “məharətlərin”i qiymətləndirib vəzifəsini biraz da böyüdərək, direktor təyin etdi.

Yüksəlişin yolu korrupsiyadan keçir? – Adı korrupsiyada hallanan həkimə yeni vəzifə verildi – VIDEO

Bundan əlavə, Şirvan Şəhər Mərkəzi Xəstəxanasına 2020-ci ildə direktor təyin etdiyi İlham Mustafayevi 2021-ci ilin noyabrında vəzifəsindən azad etdi.

Qeyd edək ki, İlham Mustafayev barəsində Şirvan şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıldı.

Hə… İndi də sizə kimdən danışaq, Vüqar Qurbanovun cinayət əməllərinə görə vəzifəsindən azad etdiyi İlham Mustafayevin yerinə təyin etdiyi yeni direktor Kamil Əhmədovdan.

O Kamil Əhmədov ki, “Bolgexeber.com”un yazdığına görə, “əvvəllər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında, sonradan Müalicə Diaqnostika Mərkəzinin direktorunun müalicə işləri üzrə müavini vəzifəsində çalışıb.

Hələ direktor olmazdan biraz əvvəl iştirak etdiyi məclislərdən birində ‘ürəyini açıb”, ətrafındakı məclis iştirakçılarına “direktor olmaq üçün TƏBİB-in xeyir duasını aldığı barəsində müjdəli xəbər”i verib. Qısa müddət sonra Vüqar Qurbanov Kamil Əhmədovun Şirvan şəhər Mərkəzi Xəstəxanasına direktor təyin edilməsi barəsində əmr imzalayıb.

Elə bil “ürəyinə damıbmış”…

Təbii ki, bu “ürəyinə dammaq” söhbəti deyil. Adam, TƏBİB-in xeyir -duasını aldığını deyir. Az müddət sonra deyilən sözün öz təsdiqini tapması heç də təsadüfi deyil.

Özü də Kamil Əhmədovu yaxşı tanıyan Şirvan şəhər sakinlərinin bildirdiyinə görə ixtisasca anestizioloq-reanimatoloq olan Kamil Əhmədov təyinat almaqdan ötrü səhiyyə işçiləri üçün tələb olunan sertifikasiya imtahanından belə keçməyib.

Bəs işində yol verdiyi nöqsanlara görə hər gün, günaşırı bir baş həkimi işdən çıxaran Vüqar Qurbanov nəyə əsasən sertifikasiya imtahanından belə keçməyən həkimi “Şirvan şəhər Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsi”nə direktor təyin edir.

Yeri gəlmişkən, Şirvan sakinlərinin Kamil Əhmədov barəsində danışdıqlarını eşidəndə yadımıza məşhur “Ulduz” filmi düşdü. Deyir, “6 ay onunla evli olmuşam, 6 ildir tüstüsü təpəmdən çıxır”. İndi Kamil Əhmədov da təqribən 6 aydır ki, Mərkəzi şəhər Xəstəxanasının direktorudur, artıq yerli sakinlər onun adı gələndə “yaxalarını dartıb, “dad-aman” edirlər”.

Bəlkə də aranızda şişirtdiyimizi düşünənlər olacaq. Amma, bilirsiniz ki, “DogruXeber.az” hər zaman adının haqqını layiqincə verərək çalışır. Yazdığımız bütün məlumatlar faktlara söykənir. Elə bu dəfə də haqqında danışdığımız Şirvan şəhər Mərkəzi Xəstəxanasında baş verən daha bir neçə qanunsuz əməllərdən nümunə gətirək, siz də şahid olun.

Demək, redaksiyamıza etibarlı mənbədən daxil olan məlumata görə, sözügedən xəstəxanada “rəhmətliklər üçün də sağlamlıq haqqında arayış satılır”. Mənbənin bildirdiyinə görə bir neçə il əvvəl sözügedən Xəstəxanada şöbə müdiri vəzifəsində çalışan Malikova Səadət Bahadur qızı dünyasını dəyişmiş şəxsə, ölümündən sonra sağlamlıq haqqında arayış verib. Ortaya çıxdıqdan sonra məsələ barəsində Şirvan Şəhər Prokurorluğunda araşdırmalara başlanılıb. Lakin, mənbənin iddiasına görə müəyyən maraqlar qarşılığında sonradan həmin məsələ ört-basdır edilib.

DİQQƏT ! - Bu səhiyyə oçağında ÖLÜLƏR ÜÇÜN DƏ SAĞLAMLIQ  HAQQINDA ARAYIŞ SATILIR // VİDEOFAKT

Deyəsən, bu boyda qanunsuz əməldən rahatlıqla can qurtarmağı bacaran Səadət Malikova (Quliyeva) bu işi artıq özü üçün “vərdiş halı”na çevirib.
Redaksiyamıza göndərilən fotoşəkillərdən birində 25.08.2020-ci il tarixində Nəzərov Nofəl Aydın oğluna verilən “tibbi müayinə” vərəqəsini görürük. Amma, mənbə bildirir ki, Nofəl Nəzərov həmin müayinə kağızını almazdan bir ay əvvəl, yəni yeddinci ay dünyasını dəyişib.

DİQQƏT ! - Bu səhiyyə oçağında ÖLÜLƏR ÜÇÜN DƏ SAĞLAMLIQ  HAQQINDA ARAYIŞ SATILIR // VİDEOFAKT

Digər fotoşəkildə isə 18.09.2020-ci il tarixində Qurbanov Eldəniz Həsən oğlu adına yazılmış tibbi müayinə vərəqəsini görürük. Bu tarix də təsadüf edir rəhmətliyin ölümündən iki gün sonraya.

DİQQƏT ! - Bu səhiyyə oçağında ÖLÜLƏR ÜÇÜN DƏ SAĞLAMLIQ  HAQQINDA ARAYIŞ SATILIR // VİDEOFAKT

Təsəvvür edirsiniz? Hamının öldü bildiyi şəxslər, Səadət Malikovaya (Quliyeva) “sağlam” görünür. Üstəlik görməklə də qalmır, möhürü, ştampı üstündə rəsmi sənəd də verir ki, bu adam sağlamdır.

Bəli… Nə yazıq ki, Səadət Malikovanın (Quliyeva) “fokusları” təkcə bunlarla bitmir.
Aşağıdakı videogörüntülərə diqqətlə baxın !

Gördüyünüz kimi müxtəlif şəxslərin adına açılmış çoxsaylı tibbi bülletenlərin hamısı boşdur.

Bir deyil, bir neçə şəxsin adına açılmış tibbi bülletenlər görəsən hansı məqsədlər üçün istifadə edilir və hansı maraqlar qarşılığında şöbə müdiri qanunları pozmağı gözə alır?

P.S: Qeyd edək ki, məlumatlar redaksiyamıza daxil olan kimi Səadət Malikova (Quliyeva) ilə telefon əlaqəsi saxlayıb, haqqında deyilən məlumatlara münasibət bildirməsini istədik. Səadət xanım özü haqqında deyilən məlumatlar barəsində, “araşdırıb, sonra bizə məlumat verəcəyini” dedi.

Baxın !

Adam etdiyini etiraf etmir, amma təkzib də edə bilmir.

Ay Səadət xanım, bir halda ki, bu işi siz görmüsünüz, daha nəyini araşdıracaqsınız?

Amma, yox. Görünür Səadət xanımın xəstəxananın ağsaqqalı Kamil Əhmədovun məsləhətinə “ehtiyacı varmış”. Öz aralarında nə danışdılar, nə dedilərsə bir iş günü ərzində Səadət xanım redaksiyamızı arayıb, verdiyimiz suallara cavab vermədi.

Yeri gəlmişkən, onu da xüsusi vurğulamaq yerinə düşər ki, Səadət Malikova (Quliyeva) ilə ilk danışdığımız zaman ölmüş adamın adına sağlamlıq haqqında arayış verdiyini və məsələnin prokurorluqda araşdırıldığını da soruşduq. Xanım etiraf etdi ki, “Bəli olub. Amma, bu çoxdan olub. Təqribən 2018-2019-da”.

Nədənsə, Səadət xanıma digər məlumatları etiraf etmək çətin gəldi. Ertəsi gün yenidən özümüz Səadət xanıma zəng etdik. Bu dəfə isə xanım direktorun telefon nömrəsini bizə verdi ki, onunla əlaqə saxlayaq. Biz də onun sözünü yerə salmayıb, xəstəxananın direktoru Kamil Əhmədova zəng etdik. Özümüzü təqdim edib, aldığımız məlumatlar barəsində onu da məlumatlandırdıq.

Kamil Əhmədov cavab verdi ki, “Bu çoxdan olub, o da cəzasını çəkib, ovaxtkı baş həkim də.”

Bildirdik ki, o son deyil, əlimizdə başqa sağlamlıq haqqında arayışlar var ki, onlar da həmin şəxslərin adına ölümündən sonra verilib.

Bundan sonra hiddətlənərək, aqressiv şəkildə: – “Məni gözləyirlər, mənim vaxtım yoxdur. Nə də o cinayət əməli sayılmır. Ona Prokurorluq qərar verə bilər. Verin Prokurorluğa araşdırılsın. Mənim vaxtım yoxdur, gözləyirlər.”

Hə, unutmadan diqqətinizi bir məqama çəkmək istəyirik. Kamil Əhmədov məsələnin çoxdan olduğunu və baş həkimin belə buna görə cəzasını çəkdiyini deyir. Eyni zamanda, direktor işində yol verdiyi nöqsanlara görə bir dəfə də sözügedən xəstəxananın keçmiş direktoru (həmçinin keçmiş kirayənişini) İlham Mustafayevdən töhmət alan Səadət xanımı müdafiə edərkən belə “ikibaşlı” danışır. Elə etməyə çalışır ki, “nə şiş yansın, nə kabab”. Yəni, nə Səadət xanımın xətrinə dəymək istəmir, nə də məsuliyyəti öz üzərinə çəkmək.

Bir də onu da xüsusi vurğulamaq yerinə düşər ki, Kamil Əhmədov onunla telefonda danışan əməkdaşımıza deyir – “Bakı Dövləti qurtarmısan sən? Odlar Yurdu zad yaxşı təhsil vermir”. Bizim təhsilimizə şübhə edən – sertifikasiya imtahanından belə keçə bilməyən direktorun, “ölüləri sağlam görən” şöbə müdirinin diplomuna diqqətlə baxın !

DİQQƏT ! - Bu səhiyyə oçağında ÖLÜLƏR ÜÇÜN DƏ SAĞLAMLIQ  HAQQINDA ARAYIŞ SATILIR // VİDEOFAKT

Amma, yooox. Bu dəfə qaçılmazdır. Kamil Əhmədovun “Mən cəmi 5 aydır orda direktoram” deməsi, onun “aydan arı, sudan duru” olması demək deyil. Diqqət etdinizsə videogörüntülərdəki tibbi bülletenlərin üzərindəki tarix 2022-ci ildir.

Bu ki, tam da sizin vəzifədə olduğunuz zamandır, hörmətli Əhmədov.

Bu yerdə artıq, bizi maraq götürür ki, baş həkimlər və xəstəxana direktorları ilə rayon prokurorluqları arasındakı bu “qırılmaz bağlar” hardandır ki, onlar prokurorun da yerinə belə arxayınlıqla danışa bilirlər? Qarşımızda hazırda “Şamaxı Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsi”nin direktoru Emin Hüseyin barəsindəki şikayətləri rədd edən Qobustan rayon Prokurorluğu nümunəsi var. Ordan tanışıq bu tema ilə.

Əlqərəz, Kamil Əhmədovla telefon danışığımızdan sonra Şirvan sakinlərinin onun barəsində söylədikləri daha bir ifadənin də nə qədər düzgün yerində deyildiyinin şahidi olduq.

Sakinlər bildirir ki, “Kamil Əhmədov direktor olduğundan bəri xəstəxanadakı saymazlıq daha da artıb. Direktor özü də vətəndaşlarla çox kobud danışır. Sanki, vəzifə başında vətəndaşla deyil, “küçədə intriqası olan məhlə uşağı” ilə danışır.” Doğrudan da Kamil Əhmədovun hələ mətbuat nümayəndəsi ilə danışıq tərzini gördükdən sonra, sakinlərin onun barəsindəki bənzətmələrinin “az olduğunu” belə düşünürük.

İndi sual yaranır, ən azından sertifikasiya imtahanından belə keçə bilməyən, işində ciddi nöqsanlara – hətta qanun pozuntusuna yol verən işçisini müdafiə edən, üstəlik insanlarla normal ünsiyyət qurmağı bacarmayan, kobud davranışları ilə vətəndaşları boğaza yığan Kamil Əhmədov hansı “keyfiyyətləri” ilə bu cür məsul vəzifədə çalışır?

Mövzuya qayıdacağıq!

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az