Xəbəraz

44 günlük Vətən müharibəsi həm xalqımızın gücünü, həm də mənəvi keyfiyyətlərini göstərdi

44 günlük Vətən müharibəsi həm xalqımızın gücünü, həm də mənəvi keyfiyyətlərini göstərdi

44 günlük Vətən müharibəsi həm xalqımızın gücünü, həm də mənəvi keyfiyyətlərini göstərdi.

Bizim “Dəmir yumruq” əməliyyatı altında apardığımız Vətən müharibəsi illərdir ki, torpaqlarımızda hökm sürən ədalətsizliyi bərpa etmək idi. 44 günlük Vətən müharibəsində biz sadəcə öz əzəli torpaqlarımızı qazanmadıq, eyni zamanda bütün dünyaya öz mənəvi keyfiyyətlərimizi və gücümüzü göstərmiş olduq. Bütün dünyaya məlumdur ki, müharibə gedişində ermənilər dinc əhalimizi silah atəşinə tutdu, şəhərlərimizə zərər vurdu, neçə günahsız insan həlak oldu. Ədalət tələb edən tərəf olaraq biz onlar kimi davranmayaraq düzgün mübarizə apardıq. Çünki bizim məqsədimiz əhaliyə zərər yetirib, şəhərləri yerlə- yeksan etmək deyildi.

Bütün əzmimizin və düzgün istiqamət almağımızın nəticəsi olaraq öz istədiyimizə nail olduq. Müharibə gedişatında əli silahsız heç kimə silah doğrutmayaraq biz öz mənliyimizi sübut etdik. Xalq olaraq bütün dünyaya ədalətin bərqərar olmasının düzgünlüklə bacarıla bildiyini sübut etdik.

Nəticə olaraq isə dövlətimiz 44 günlük əks-hücum əməliyyatlarını müvəffəqiyyətlə başa vurdu. Vətən müharibəsi bizim böyük zəfərimizlə bitdi. Zəfərimizə mənəvi məna verən isə 28 il işğal altında olan torpaqlarımızı, xüsusilə siyasi və strateji əhəmiyyət daşıyan Şuşa şəhərinin hərbi döyüşlərlə azad edilməsi oldu. Beləliklə, Azərbaycan son 2 əsrlik tarixində ilk dəfədir ki, müharibədən ərazi itkisi ilə yox, ərazi bütövlüyünü bərpa edərək çıxır. Azərbaycan Ordusunun əldə etdiyi tarixi zəfər dövlət və xalqın mənafeyi baxımından xüsusi əhəmiyyətə malikdir.

Məhz gücümüz və mənəvi keyfiyyətlərimiz bizi ermənilərdən fərqləndirən əsas xüsusiyyətlərimizdir.

 

Zərdab rayonu Çallı kənd tam orta məktəbin müəllim- Lətifli Tükəz