Xəbəraz

“Putin Rusiyanın strateji məğlubiyyətinin şahidi olmalıdır”

  • 02 İyun 2022
  • 186 baxış.
“Putin Rusiyanın strateji məğlubiyyətinin şahidi olmalıdır”

Ukrayna Rusiya hücumuna qarşı müharibədə qalib gəlməlidir, Putin isə ağır strateji məğlubiyyətə uğramalıdır.

Qanunla.Az  xəbər verir ki, bunu bu gün Bratislavada keçirilən “GLOBSEC 2022” forumunda Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen bildirib.

“Ukraynalılar bu müharibədə qalib gəlməlidir və Putin bunun onun üçün ağır strateji məğlubiyyət olduğuna şahid olmalıdır. Aydın olmalıdır ki, suveren ölkəyə təcavüz etmək təcavüzkara baha başa gələcək. Biz hamımız Ukraynanın tərəfdarıyıq. Biz hücuma məruz qalan ölkəyə üzv dövlətlərdən təkcə ikitərəfli səviyyədə hərbi yardım etmirik, həm də Ukraynaya hərbi texnikanın alınması üçün maliyyə yardımı edirik”, – deyə Avropa Komissiyasının sədri bildirib.