Xəbəraz

Direktor şagirdlərdən pul toplayıb restoranda…

Direktor şagirdlərdən pul toplayıb restoranda…

Direktor şagirdlərdən pul toplayıb restoranda…

Siyəzən şəhər 2 saylı tam orta məktəbin direktoru 11-ci sinif şagirdlərindən külli miqdarda pul toplayıb.Kərim Vəliyev adlı Siyəzən şəhər sakinin verdiyi məlumata görə bu vəsait “son zəng”tədbirinin restoranda keçirilməsi üçün toplanılıb.

-Siyəzən şəhər 2 saylı tam orta məktəbin direktoru rüşvətxor əməllərindən əl çəkmir. 11 ci siniflərdən pul yığaraq son zəngi Siyəzən şəhərində yerləşən “Çıraq Qala” şadlıq sarayında keçirməyə məcbur edir. Bir neçə valideyn narazıçılıq bildisədə, şagirdlərin öz istəyidir deyir. Rüşvət müqabilində istədiyi pulu bəzi valideyinlər ödəyə bilmir. Rəşad Rəhmanov şikayətə gedən valideynlərə deyirki, məktəbimizdə keçirilən tədbirdə övladınız iştirak etsin, restorana gəlməyə bilər. Başa düşmək istəmirki, restoranda iştirak edə bilməyən şagird pisixoloji travma alacaq. Elə şagird olarmı, hətdda intihar həddinə çatar. Bütün valideyinlərin imkanı çatmır Rəşad Rəhmanov un istədiyi rüşvəti verməyə. Hörmətli Rüfət müəllim Sizdən bir valideyn kimi, xaiş edirəm imkanı olmayan rüşvət verməyən valideyin və şagirdlərimizin yanında olun. Bizlərə dəstək olun. Şimal zonasında analoqu olmayan məktəbimiz var, kifayət qədər şagird tutumu olan akt zalımız. Tədbiri məktəbin akt zalında da keçirilə bilər. İnanırıq ki, biz dayaq olub kömək edəcəksiz. Rəhmanov millət vəkili Sadiq Qurbanova arxayın olaraq bu rüşvətxor əməlini həyata keçirmək istəyir. Xalidsah Qədəsov kimi, metodkabinet direktoru Rəhmanov un əməllərini həmişə ört-basdır edir

Qeyd edək ki valideynlər bu barədə Quba Regional təhsil idarəsinə müraciət edir.İdarədən əldə etdiyimiz məlumata görə fakla əlaqədar olaraq araşdırma aparılır.

(7 times.az)