Xəbəraz

Putin “yoxsulluğun kəskin artması”nda Qərbi günahlandırdı

  • 06 İyun 2022
  • 1.605 baxış.
Putin “yoxsulluğun kəskin artması”nda Qərbi günahlandırdı

100 gündən artıqdır ki, Ukraynaya qarşı genişmiqyaslı müharibə aparan Vladimir Putin Qərbi “qlobal inflyasiya dalğası”, “yoxsulluğun kəskin artması və ərzaq qıtlığı” çağırışlarında ittiham edib.

Xeberaz.org xəbər verir  ki, bu barədə Rusiya Federasiyasının prezidenti XXV Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun iştirakçılarına müraciətində bildirib.

“Qərbin uzun illərdir ki, iqtisadi səhvləri və qeyri-qanuni sanksiyaları qlobal inflyasiya dalğasına, adi logistika və istehsal zəncirlərinin məhvinə, yoxsulluğun və ərzaq çatışmazlığının kəskin artmasına gətirib çıxarıb. Eyni zamanda, Rusiya iqtisadiyyatı getdikcə daha çox şəxsi təşəbbüsə arxalanacaq və təbii ki, açıqlıq və geniş beynəlxalq əməkdaşlıq kursunu davam etdirəcək”, – Rusiya prezidenti bildirib.