Xəbəraz

Ulu Öndərin qurtuluş missiyası

Ulu Öndərin qurtuluş missiyası

Ulu Öndərin qurtuluş missiyası

1993 -cü il iyunun 15-i Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olub. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin respublikamızda tüğyan edən ictimai – siyasi böhran zamanı ikinci dəfə hakimiyyətə qayıdaraq xilaskarlıq missiyasını yerinə yetirməsi xalqımız tərəfindən dövlətimizin qurtuluşu kimi qeyd olunur. Bu tarix Azərbaycan xalqının mübarizəsinin ən mühüm hadisəsidir.Həmin dövrdə Azərbaycan, təkcə daxili yox, xarici siyasət və təhlükəsizlik problemləri ilə qarşılaşmışlar. Ermənistan silahlı qüvvələri tərəfindən torpaqlarımızın işğal olunması, müstəqilliyimizin təməlini təşkil edən enerji məsələsində dünyanın böyük dövlətləri ilə aparılan danışıqların nəticəsiz qalması, dövlət rəhbərlərinin məsuliyyətsiz bəyanatları nəticəsində İran ilə münasibətlərin gərginləşməsi dövlətçiliyimizi ciddi təhlükə altına almışdı.Ulu Öndərin Heydər Əliyevin belə bir vəziyyətdə ölkəyə qayıdışı qısa müddətdə daxili ictimai – siyasi vəziyyəti nəzarət altına almış, sabitliyi təmin etmişdir. Xarici siyasət sahəsində də mühüm addımlar atıldı. Dünyanın müxtəlif ölkələrinin dövlət başçıları ilə ikitərəfli görüşlərin krçirilməsi sayəsində Azərbaycan həqiqətləri dünya ictimaiyyətinə çatdırıldı, Ermənistan bir işğalçı dövlət kimi beynəlxalq sənədlərə salındı.Ümummilli lider Heydər Əliyev xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu.

  Dəkkəoba kənd tam orta məktəbin direktor müavini Mayisə Xəlilova