Xəbəraz

Şuşa Bəyannaməsi – qardaşlığın yeni tarixi mərhələsi

Şuşa Bəyannaməsi – qardaşlığın yeni tarixi mərhələsi

Şuşa Bəyannaməsi – qardaşlığın yeni tarixi mərhələsi.

Bu gün Şuşada Azərbaycan-Türkiyə strateji müttəfiqliyinə həsr olunan beynəlxalq konfrans başlayır. Hər iki ölkənin rəsmi şəxslərinin də qatıldığı tədbir Azərbaycan və Türkiyə arasında imzalanmış Şuşa bəyannaməsinin bir illiyinə təsadüf edir. Şuşa bəyannaməsinin qəbulundan ötən bir il ərzində iki ölkə arasında əməkdaşlıq özünü hansı yeni xətdə göstərə bildi?

BBC News Azərbaycancaya danışan təhlilçilərə görə, əslində iki ölkə arasında münasibətlər Azərbaycanın müstəqilliyindən bəri onsuz da yüksək səviyyədə idi, amma bir il ərzində xüsusi diqqəti çəkən, məsələn, Türkiyə hərbi bazalarının Azərbaycanda yerləşməsi kimi ciddi hallar baş vermədi.

Hərçənd, bir il əvvəl, bəyannamə imzalanandan sonra Türkiyəyə qayıdarkən Türkiyə Prezidenti Recep Tayyip Erdoğan Azərbaycanda Türkiyə bazalarının yaradılmasını istisna etməmişdi. O, jurnalistlərin “Şuşa bəyannaməsi daxilində hərbi bazaların yaradılması mümkündürmü, Şuşa Bəyannaməsi hərbi bazanı əhatə edirmi” sualına “…bu, açıqladığımız maddələrin xaricində deyil” deyə cavab vermişdi.

Elə o vaxt bu açıqlamaya Rusiyadan reaksiya gəlmiş, Kremlin sözçüsü Dmitri Peskov demişdi ki, “NATO ölkələrinin Rusiya sərhədləri yaxınlığında hərbi infrastrukturunun yaradılması Moskvanın xüsusi diqqət yetirməsi və beynəlxalq təhlükəsizliyi təmin etmək üçün addımlar atması üçün bir səbəb ola bilər”.

Türkiyə hərbi bazalarını açmasa da, iki ölkə arasında hərbi əməkdaşlığın inkişafı müşahidə edilir. Prezident İlham Əliyev hələ İkinci Qarabağ müharibəsinin gedişatı zamanı ordunun Türkiyə ordu modelinə uyğunlaşdırılacağı anonsunu vermişdi.

Ötən ilin sentyabrında Türkiyə Azərbaycandakı 1992-ci ildən fəaliyyət göstərən Xüsusi Komandanlığına 4 türk generalını təyin etmişdi. Diqqət çəkən məqam o idi ki, Xüsusi Komandanlıq o günə qədər daha aşağı rütbəli zabitlərlə təmsil olunurdu.

 

Ramella İsmayılova

Saatlı rayon Bülbül adına Uşaq Musiqi məktəbinin direktoru