Yasamal Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbulu keçirilib-FOTO

Yasamal Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbulu keçirilib.
İcra başçısı Elşad Həsənovla birgə Millət vəkili Elnur Allahverdiyevdə iştirak edib.
Millət vəkili Qanunla.Az-a açıqlamasında bildirib ki,Yasamal Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbulu dairəmizin ərazisində yerləşən 18 nömrəli tam orta məktəbdə keçirildi. Qəbulda İH-i aparatının məsul şəxsləri, rayonun müxtəlif icra strukturlarının rəhbərləri də iştirak edirdi. Sakinlərin qaldırdıqları problemlər ətrafında fikir mübadiləsi aparıldı, icra başçısı Elşad Həsənov tərəfindən onların həlli istiqamətində rayonun təsərrüfat strukturlarının rəhbərlərinə müvafiq tapşırıqlar verildi.