Xəbəraz

İnkişaf naminə sülh

İnkişaf naminə sülh

İnkişaf naminə sülh

İşğaldan azad edilmiş ərazilərimizə həyat yenidən qayıdır. Azadlığına qovuşmuş Qarabağ və Şərqi Zəngəzur quruculuq, təmir-bərpa işlərinin şahidinə çevrilir. Vətən müharibəsi bitər-bitməz azad edilmiş ərazilərin bərpasına başlanılması, bir sıra infrastruktur layihələrin həyata keçirilməsi, o cümlədən elektrik enerjisi ilə təminat və yol infrastrukturunun yenidən qurulması bir daha onu göstərir ki, Qarabağ və Şərqi Zəngəzurun bərpası və inkişafı Azərbaycan dövləti üçün ən prioritet məsələdir. Otuzillik erməni işğalından azad edilən Qarabağın və Şərqi Zəngəzurun bərpası istiqamətində dövlətimiz tərəfindən atılan addımlara nəzər salır.

Prezident cənab İlham Əliyev azad edilmiş rayonların Baş planlarının hazırlanması prosesinə şəxsən nəzarət etməklə, ən incə detalların belə nəzərə alınmasına, prosesin müasir şəhərsalma trendlərinə uyğunlaşdırılmasına çalışır. Bölgənin Ümumi Planının hazırlanması prosesi artıq yekun mərhələdədir.

Dövlətimizin başçısının ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirədə qeyd etdiyi kimi, artıq Ağdam və Füzuli şəhərlərinin Baş planları hazırlanaraq təsdiqlənib. Hazırda digər şəhərlərin Baş planlarının hazırlanması işi sürətlə davam etdirilir. Prezident İlham Əliyevin iştirakı ilə Ağdam, Füzuli və Cəbrayıl rayonlarının ərazilərində yaşayış binalarının təməlinin qoyulması “Böyük qayıdış”ın yaxın illərdə reallaşacağına ciddi əminlik yaradır.

Hazırda qarşıda duran əsas vəzifələrdən biri də azad edilmiş ərazilərin zəngin resurslarından, infrastruktur potensialından səmərəli istifadə, bu məqsədlə dövlət-özəl sektor tərəfdaşlığının təmin edilməsidir. Dövlət əlverişli biznes mühiti yaratmaqla, həmin ərazilərdə iqtisadi fəaliyyətin canlandırılmasına və dayanıqlı məskunlaşmanın təmin olunmasına çalışır. Bu baxımdan Ağdam Sənaye Parkının, “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının təməlinin qoyulması, buraya potensial rezident və investorların cəlb edilməsi istiqamətində müvafiq işlərin aparılması xüsusi qeyd olunmaldır.

 

Vüsalə Kərimova –Zərdab şəhər 1 saylı məktəb liseyn direktoru