Xəbəraz

Azərbaycan-Özbəkistan ikitərəfli münasibətlərinə daim xüsusi diqqət ayrılır

Azərbaycan-Özbəkistan ikitərəfli münasibətlərinə daim xüsusi diqqət ayrılır

Azərbaycan-Özbəkistan ikitərəfli münasibətlərinə daim xüsusi diqqət ayrılır.

Azərbaycan və Özbəkistan arasında qarşılıqlı münasibətlərin tarixi uzaq əsrlərə gedib çıxır. Özbək və Azərbaycan xalqlarını yaxın milli adət və ənənələr, ümumi dil qrupu, mədəniyyət və din birləşdirir. Uzun illər ərzində hər iki dövlət SSRİ-nin müttəfiq respublikaları olublar. Ötən əsrin 30-cu illərində kütləvi repressiyalar zamanı on minlərlə azərbaycanlı Özbəkistan torpağında sığınacaq tapıb. Bu gün 40 mindən çox azərbaycanlı Özbəkistan cəmiyyətinin sosial, ictimai, iqtisadi və digər sahələrində fəal iştirak edir. 1966-cı ilin aprelində dağıdıcı zəlzələdən sonra Daşkəndin bərpasında azərbaycanlılar yaxından iştirak ediblər.

İkitərəfli münasibətlərin inkişafında dövlət başçılarının səfərləri xüsusilə böyük əhəmiyyətə malikdir. Bu baxımdan Ümummilli lider Heydər Əliyevin, həmçinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin varislik prinsipləri əsasında həyata keçirdiyi siyasət iki ölkə arasında münasibətlərin daha da genişləndirilməsini şərtləndirir. İki dost ölkə arasında münasibətlərin daha möhkəmlənməsi və inkişafında böyük rol oynayan növbəti səfər iyunun 21-də baş tutub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Özbəkistan Respublikasına dövlət səfərinə gəlib. Səfər zamanı ölkə başçısı Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ilə məhdud və geniş tərkibdə görüşləri olub, bir sıra tədbirlərdə iştirak edib. Həmin görüşlərdə qeyd edilib ki, Özbəkistan ölkəmizin ərazi bütövlüyünün bərpası işində hər zaman Azərbaycanı dəstəkləyib. Azərbaycan xalqı ən ağır dövrdə özbək xalqının qardaşlıq dəstəyini hiss edirdi. Bu, da öz növbəsində ölkələrimi arasında münasibətlərin tarixində unudulmaz hadisədir.

 

Kəmalə ƏliyevaZərdab rayon Əlibəyli kənd tam orta məktəbin direktoru