Xəbəraz

Silahlı qüvvələrimizlə fəxr edirik!

Silahlı qüvvələrimizlə fəxr edirik!

Silahlı qüvvələrimizlə fəxr edirik!

 

26 İyun dünyanın ən güclü 50 ordusu sırasında qərarlaşan, 30 ilin işğalına 44 gündə son qoyaraq ədaləti bərpa edən Azərbaycan Ordusunun şərəf günüdür. Artıq iki ildir ki, digər bayramlar, tarixi günlər kimi, Silahlı Qüvvələr Gününü də daha möhtəşəm, əsl bayram ovqatında qeyd edirik. Şanlı tarix yazan Azərbaycan Ordusu işğaldan azad edilmiş torpaqlarımızda üçrəngli bayrağımızı yüksəklərə qaldırdığı üçün bu gün qürurludur. Tarixin bütün sərt sınaqlarından üzüağ, şərəflə çıxan Azərbaycan xalqının yenilməzliyini, məğrurluğunu bir daha dünyaya nümayiş etdirən rəşadətli ordumuz illərdir ermənilərin yaratdığı mifləri darmadağın etdi.

Azərbaycanın Silahlı Qüvvələri sülhün və əmin-amanlığın keşiyindədir. İnsanlarımızın, sərhədlərimizin təhlükəsizliyi naminəsayıqdır, mətanətlidir. Ordumuz hər hansı təcavüzün qarşısını qətiyyətlə almağa və maneələri dəf etməyə qadirdir. Şəhidlərimizin ruhunu sevindirməyə, qisasını almağa nail olan, çətin döyüşlərdə misilsiz hünər göstərən, öz qəhrəmanlıq nümunələri ilə dünyanı heyran qoyan və hərb tariximizə qızıl səhifələr yazan Silahlı Qüvvələrimizlə hər birimiz fəxr edirik!

 

Məkkə Həmidova– Zərdab rayonu Hüseynxanlı kənd ümumi orta məktəbin direktoru