Xəbəraz

Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən biridir

Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən biridir

Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən biridir

Hazırda Xəzəryanı dövlətlər dünyanın mərkəzinə çevrilib: “Pandemiya dövründə nəqliyyat və logistika ilə bağlı yaranan problemlər Avropa ilə Asiya arasında əmtəə mübadiləsində Xəzəryanı dövlətlərin əhəmiyyətini artırıb. Bu, xüsusilə Azərbaycanın önəmini artırıb. Belə bir vəziyyətdə Xəzəryanı dövlətlərin əməkdaşlığına ehtiyac var. Ola bilər gələcəkdə Xəzər dənizi vasitəsilə Türkmənistan ilə Azərbaycan arasında qaz borusu xətti çəkilsin. Ona görə də müəyyən razılaşmalar həyata keçirilməlidir ki, regional korporasiya üçün şərait yaradılsın”.
Xəzər Sammiti çərçivəsində keçirilən görüşlər həm dünya iqtisadiyyatının, həm də regional iqtisadiyyatın inkişafı üçün çox vacibdir. Əvvəlki toplantılarda qəbul edilən qərarlar bizim iqtisadi inkişafımıza təkan verir.
Rusiya, Qazaxıstan ən çox ərzaq ixrac edən ölkələrdir: “Bizim əməkdaşlığımız gücləndikcə, iqtisadi münasibətlərimiz daha da yaxşılaşdıqca ticarət münasibətləri artacaq. Bu da ərzaq təhlükəsizliyinə töhfə verəcək. Xəzər dənizi üzərindən məhsulların daşınması ərzaq və qeyri-ərzaq məhsullarının qiymətinin aşağı düşməsinə təsir edəcək”.
Azərbaycan Prezidenti İlham Əliyev VI Zirvə Toplantısındakı çıxışında bildirib ki, bizim qarşılıqlı fəaliyyətimizin əsasını bütün tərəflərin mənafelərinin nəzərə alınması, Xəzəryanı dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə, müstəqilliyinə hörmət və bir-birinin daxili işlərinə qarışmamaq təşkil edir. Xəzər dənizi bizim regionun xalqlarının rifahının yüksəldilməsinə yönəlmiş bir çox beynəlxalq və regional layihələrin mühüm tərkib hissəsidir.
Prezident İlham Əliyev vurğulayıb ki, nəqliyyat sahəsində Xəzəryanı dövlətlər arasında bağlanmış ikitərəfli və çoxtərəfli müqavilələr Xəzər dənizi regionunun inkişaf etmiş infrastruktura malik iri beynəlxalq nəqliyyat qovşağına çevrilməsi üçün yaxşı təməl yaradır.
“Biz Transxəzər beynəlxalq nəqliyyat marşrutunun səmərəli istifadəsinə səy göstəririk. Bu marşrut Xəzəryanı dövlətlərin nəqliyyat potensialından maksimum dərəcədə istifadə etməyə imkan verəcək və nəqliyyat infrastrukturunun inkişafına dair yeni layihələrin həyata keçirilməsinə şərait yaradacaq”, – deyə Azərbaycan Prezidenti qeyd edib.

Fazilli Abdulbağı Zərdab şəhəri, fəal gənc