Xəbəraz

Xəzər dənizinin strateji əhəmiyyəti

Xəzər dənizinin strateji əhəmiyyəti

Xəzər dənizinin strateji əhəmiyyəti.

Xəzər dənizi dünyanın ən böyük qapalı su hövzəsi hesab olunur. Xəzər dənizinin strateji önəmini artıran amillər onun zəngin karbohidrogen ehtiyatlarına malik olmasıdır. Birincisi, Xəzərin təbii sərvətlərlə zəngin olması Rusiya, ABŞ, Avropa Birliyi (AB) və qlobal sənayedəki digər birliklərin diqqətini cəlb edib, regionu enerji təhlükəsizliyi baxımından olduqca əhəmiyyətli hala gətirib. İkincisi, “dəniz” adlandırılmasına baxmayaraq Xəzər qapalıdır, yəni digər dənizlərə və ya okeana birbaşa çıxışı yoxdur, bu da öz növbəsində yüklərin digər istiqamətlərə daşınmasında problem yaradır. Buna görə də qapalı Xəzər hövzəsi ölkələrinə və həmin ölkələrdən yükdaşımaları həyata keçirmək və Xəzər dənizi bölgəsindən keçən Şərq-Qərb nəqliyyat dəhlizini reallaşdırmaq üçün zəruri infrastrukturun yaradılmasına böyük sərmayələr qoyulub. 1992-ci ildən başlayaraq Xəzərsahili dövlətlərin ikitərəfli və çoxtərəfli görüşlərdə Xəzərin hüquqi statusu məsələsi ilə bağlı müzakirə və danışıqlar başlanmışdır. Bununla da Xəzərin hüquqi statusunun həllində fərqli mövqelərinin ortaya çıxması ilə günümüzə qədər davam edən status məsələsinin müzakirəsinin startı verildi. İyunun 29-da Türkmənistanın paytaxtı Aşqabadda keçirilən Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısı region ölkələrinin əməkdaşlığının gücləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Xəzəryanı ölkələrin liderlərinin müntəzəm görüşmələri qarşılıqlı əlaqələri daha da möhkəmlədir. Ölkə başçımız öz çıxışında qeyd etdi ki, qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın inkişafı, investisiya mühitinin yaxşılaşdırılması, etibarlı və təhlükəsiz kommunikasiyaların qurulması, yüksək ekoloji təmiz texnologiyaların cəlb edilməsi üçün əlverişli şəraitin yaradılmasına çalışmaq sahilyanı dövlətlərin əsas prioritetləri olaraq qalır.
Nəqliyyat infrastrukturunun inkişafı, nəqliyyat xidmətlərinin və daşımaların keyfiyyətinin yaxşılaşdırılması əməkdaşlığın mühüm istiqamətidir. Ölkəmizin Xəzərin bioehtiyatlarının və su hövzəsinin qorunması naminə lazımi tədbirlər görülür. Ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq əlaqələri Xəzər dənizində sabitliyin və təhlükəsizliyin mühüm amilidir.

Kifayət İmanova – Zərdab şəhər 1 saylı məktəb-liseyin psixoloqu