Xəbəraz

Zəngəzur dəhlizi artıq reallığa çevrilir

Zəngəzur dəhlizi artıq reallığa çevrilir

Zəngəzur dəhlizi artıq reallığa çevrilir

Azərbaycan Vətən müharibəsində Qələbədən və Ermənistanla münaqişənin həllindən sonra Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması və bərpası, o cümlədən beynəlxalq nəqliyyat əlaqələrinin inkişafı üzrə genişmiqyaslı işlər görməyə başlayıb. İyunun 29-da Aşqabadda Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin çıxışında səsləndirdiyi bu fikirlər doğma Qarabağımızda həyata keçirilən quruculuq və bərpa işlərinin və Zəngəzur dəhlizinin bərpasının nə qədər əhəmiyyətli olmasının bir daha sübut etmiş oldu. Qədim Azərbaycan torpağı Zəngəzur indi türk dünyasının birləşdiricisi rolunu oynayacaq. Zəngəzur dəhlizi yalnız Qafqaz üçün deyil, daha geniş anlamda region üçün strateji əhəmiyyətə malik olacaq. Bu isə ondan xəbər verir ki, Zəngəzur dəhlizi kifayət qədər böyük iqtisadi potensiala və təbii resurslara malik olan regionu birləşdirəcəkdir. Zəngəzur dəhlizinin istifadəyə verilməsi eyni zamanda Azərbaycanı regionun əsas nəqliyyat qovşaqlarından birinə çevirəcək.

Mətanət Qasımova
Zərdab şəhər sakini fəal gənc