Xəbəraz

Qoşulmama Hərəkatı Birləşmiş Millətlər Təşkilatından sonra ikinci ən böyük beynəlxalq təsisatdır

Qoşulmama Hərəkatı Birləşmiş Millətlər Təşkilatından sonra ikinci ən böyük beynəlxalq təsisatdır

Qoşulmama Hərəkatı Birləşmiş Millətlər Təşkilatından sonra ikinci ən böyük beynəlxalq təsisatdır.

Məlumdur ki, Qoşulmama Hərəkatı dünyada BMT-dən sonra ikinci ən böyük təsisatdır və dünyanın müxtəlif regionlarını əhatə edir. Dünya nə qədər inkişaf etsə, siyasi dəyişikliklər baş versə də, təşkilatın fəaliyyətinin təməlində dayanan Bandunq prinsipləri öz aktuallığını qoruyub saxlamaqdadır. Burada əsas məqsəd dünyada sülh və təhlükəsizliyin təmin olunması, dövlətlərin suveren hüquqlarına, ərazi bütövlüyünə hörmət, daxili işlərinə qarışmamaq və sair məsələlərdir. Məhz Azərbaycanın da xarici siyasət konsepsiyasının mərkəzində bu amillər dayanır ki, təşkilatda təmsil olunmaq ölkəmizin maraqları ilə bilavasitə üst-üstə düşür. Cənab Prezident İlham Əliyevin iyunun 30-da keçirilmiş Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransında çıxışında da qeyd etdiyi kimi “Qoşulmama Hərəkatı təkcə ölkələr üçün maraqlarını müdafiə etmək və bir-birini dəstəkləmək platforması deyil, beynəlxalq arenada daha fəal rol oynamaq üçün platforma da ola bilər. Azərbaycanın Qoşulmama Hərəkatının sədri qismində irəli sürdüyü təşəbbüslər həmrəyliyi və qarşılıqlı dəstəyi möhkəmləndirməyə, təsisatımızın institusional inkişafına yönəlib. Qoşulmama Hərəkatının tarixində bununla bağlı müzakirələr olub və bu müzakirələri yenidən başlamağın vaxtı çatıb. Bu gün dünyada qlobal qütbləşmənin, müharibənin, münaqişənin, proqnozlaşdırıla bilinməyən vəziyyətin, ərzaq, enerji və humanitar böhranların şahidiyik.

Azərbaycanın Qoşulmama Hərəkatının sədri qismində irəli sürdüyü təşəbbüslər həmrəyliyi və qarşılıqlı dəstəyi möhkəmləndirməyə, təsisatımızın institusional inkişafına və bəlkə də müəyyən mərhələdə onu təşkilata çevrilməsinə yönəlib. Hər zaman obyektiv mövqe nümayiş etdirən Azərbaycan Qoşulmama Hərəkatının sədri olaraq ədalətsizliyə, beynəlxalq hüququn pozulmasına, müxtəlif münaqişələrə qarşı sərgilənən selektiv yanaşmaya və ayrıseçkiliyə qarşı mübarizə aparmağa davam edəcək.

Qoşulmama Hərəkatı təkcə ölkələr üçün maraqlarını müdafiə etmək və bir-birini dəstəkləmək deyil, beynəlxalq arenada daha fəal rol oynamaq üçün platforma da ola bilər. Bu gün dünyada qlobal qütbləşmənin, müharibə və münaqişələrin, proqnozlaşdırıla bilinməyən vəziyyətlərin, ərzaq, enerji və humanitar böhranların baş verməsi isə haqqında danışılan platformanın vacibliyini ciddi şəkildə aktuallaşdırır.

NİCAT ƏHMƏDZADƏ

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı