Xəbəraz

2030-cu ilədək reallaşdırılması nəzərdə tutulan Milli İnkişaf Prioritetləri kompleks və sistemli prioritetlərdir

2030-cu ilədək reallaşdırılması nəzərdə tutulan Milli İnkişaf Prioritetləri kompleks və sistemli prioritetlərdir

2030-cu ilədək reallaşdırılması nəzərdə tutulan Milli İnkişaf Prioritetləri kompleks və sistemli prioritetlərdir

Hələ 2021-ci ildə Azərbaycan Prezidenti ölkəmizin sosial-iqtisadi inkişafına dair milli prioritetlərin müəyyən edilməsi istiqamətində mühüm bir qərar qəbul edərək, 2021-2030-cu illərdə onların reallaşdırılması istiqamətində müvafiq qurumlara konkret tapşırıqlar vermişdi. Nazirlər Kabineti 9 ay müddətində 2022-2026-cı illər üzrə sosial-iqtisadi inkişaf strategiyası ilə bağlı fəaliyyət proqramı hazırlamalı və onun həyata keçirilməsi prinsiplərini müəyyən etməli idi. Hazırda Milli İnkişaf Prioritetlərimiz əsasında formalaşdırılan bu fəaliyyət proqramının icrası ilə bağlı işlərin həyata keçirilməsinə başlanılır. Milli İnkişaf Prioritetlərimiz müəyyənləşdirilərkən hər şeydən əvvəl bu günə qədərki inkişafımızın yeni inkişaf üçün əsaslar yaratması nəzərə alınıb. Yəni 2030-cu ilə qədər elan olunan prioritetləri realizə etmək üçün ötən illər ərzində əsaslı sosial-iqtisadi baza formalaşdırılıb. Prioritetlər isə özlüyündə olduqca strateji xarakter daşıyır. Eyni zamanda, təkcə sosial–iqtisadi sahəni əhatə etmir. Çünki bu prioritetlərə dayanıqlı və rəqabətqabiliyyətli iqtisadiyyatla bərabər, eyni zamanda, inklüziv və ədalətli cəmiyyət prinsipləri də daxildir. Yaxud innovativ texnologiyaların tətbiqi məsələləri ilə bərabər rəqabətqabiliyyətli insan resurslarının yetişdirilməsi, yaxud Böyük Qayıdışla bağlı müddəalar da daxildir.

“2030-cu ilədək reallaşdırılması nəzərdə tutulan Milli İnkişaf Prioritetləri kompleks və sistemli prioritetlərdir. Elə yeni kadr təyinatları və onların qarşısında müəyyənləşdirilən vəzifələr də milli inkişafımızın prioritetlərinə və onların realizə olunmasına hesablanıbdır.

 

Cavid Nuriyev – Zərdab şəhər sakini, fəal gənc