Xəbəraz

İdarəetmədə çox ciddi islahatlar aparılır, çox böyük təmizləmə işləri aparılır

İdarəetmədə çox ciddi islahatlar aparılır, çox böyük təmizləmə işləri aparılır

İdarəetmədə çox ciddi islahatlar aparılır, çox böyük təmizləmə işləri aparılır.

Azərbaycanda islahatlar prosesi dövrün tələbinə uyğun olaraq daha da təkmilləşdirilir. Kadr islahatları həyata keçirilir. İdarəçilik sistemində yeniləşmə, təkmilləşmə hədəflərə zamanında və yüksək səviyyədə nail olmağa imkanlar yaradır. Dövlət başçısı cənab İlham Əliyev bir daha xəbərdarlıq etdi ki, “hansısa dövlət məmuru əgər öz vəzifə borcunu şərəflə yerinə yetirmirsə, əlbəttə ki, o, cəzalandırılacaq”.

Azərbaycanın innovasiyalar ölkəsi kimi nüfuz qazanması təsadüfi deyil. Erməni işğalından azad edilmiş ərazilərimizdə, ümumilikdə bütün regionlarda görülən işlərin təhlili fonunda diqqəti Prezident cənab İlham Əliyevin görüşdə səsləndirdiyi bu çağırışa yönəldib: “Dövlət başçısı bildirdi ki, rayonlarda işlərin daha yaxşı getməsi üçün əlbəttə ki, ictimai nəzarət olmalıdır. İctimai nəzarət, ictimaiyyətin fəallığı, mövcud olan problemlərə dövlət orqanlarının diqqətinin cəlb edilməsi rayon rəhbərliyinin işinə kömək olar. İnsanlarla bir yerdə olmaq, onların qayğıları ilə maraqlanmaq hər bir məmurun qarşısında dayanan əsas vəzifədir”. Hazırda işğaldan azad edilmiş ərazilərimizin müasir tələblər səviyyəsində qurulması ümumilikdə bütün bölgələrimizdə görülən işlər barədə aydın təsəvvür yaradır. Azərbaycan sürətlə inkişaf edir.

Şəhla Eminova – Zərdab şəhər sakini, əməkdar müəllim