Xəbəraz

Qanunsuz işlərlə məşğul olmaq istəyənlər cəzalandırılacaq

Qanunsuz işlərlə məşğul olmaq istəyənlər cəzalandırılacaq

Qanunsuz işlərlə məşğul olmaq istəyənlər cəzalandırılacaq

2019-cu ilin sonlarından dünyanı bürüyən koronavirus infeksiyası ilə mübarizə tədbirləri həyata keçirilməyə başlanıldı. Həmçinin 2020-ci ildə 44 günlük Vətən müharbəsini yaşadıq. İki ilə yaxındır ki, tarixi Zəfərimizin nəticəsi olaraq işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Qısa təqdimat ölkəmizin iqtisadi inkişafı barədə aydın təsəvvür yaradır. Prezident cənab İlham Əliyevin səsləndirdiyi “Biz sağlam cəmiyyət qururuq və demək olar ki, bu işdə müvəffəqiyyətlər qazanmışıq” fikirləri günümüzün reallığına çevrilib, xalq-iqtidar birliyi, vətəndaş həmrəyliyi, davam edən dinamik inkişaf, hakimiyyətin yürütdüyü siyasətin əhali tərəfindən dəstəklənməsi əsasında bərqərar olmuş möhkəm ictimai-siyasi sabitlik Azərbaycana uğurlar qazandırır. Bu gün Azərbaycan cəmiyyətinin həmrəylik nümayiş etdirdiyini, ölkədə gedən prosesləri, xarici və daxili siyasəti daim dəstəklədiyini vurğulayan dövlət başçısı cənab İlham Əliyev bir daha bildirdi ki, siyasətimiz Azərbaycan xalqının rifah halının yaxşılaşmasına istiqamətləndirilib. Həyata keçirilən siyasət ölkəmizin beynəlxalq nüfuzunu gücləndirir. Bu siyasətin nəticəsində Azərbaycan hərbi-siyasi yolla Ermənistanın işğalçılıq siyasətinə son qoydu, əzəli torpaqlarımızı azad, tarixi ədaləti, milli qüruru bərpa etdi.

Son 18 ildən artıq dövrdə iqtisadiyyatın bütün sahələri üzrə diqqət çəkən biri-birindən əhəmiyyətli uğurların nəticəsidir ki, Azərbaycan beynəlxalq maliyyə qurumlarının hesabatlarında mövqeyini möhkəmləndirir, liderliyni qoruyur. Azərbaycan iqtisadiyyatı bu gün dayanıqlı iqtisadiyyatdır. Ölkədə aparılan sosial-iqtisadi islahatlar vətəndaşlar tərəfindən təqdirlə qarşılanır.

 

Nağıyev Abbas –Zərdab rayon Dəli Quşçu kənd sakini, ağsaqqal