Xəbəraz

Rayonlarda işlərin daha yaxşı getməsi üçün ictimai nəzarət olmalıdır

Rayonlarda işlərin daha yaxşı getməsi üçün ictimai nəzarət olmalıdır

Rayonlarda işlərin daha yaxşı getməsi üçün ictimai nəzarət olmalıdır

Güclü ictimai nəzarət olan yerdə şəffaflıq və hesabatlılıq təmin olunur, dövlət qurumlarının fəaliyyətinin səmərəliliyi artır, korrupsiyanın və buna bənzər mənfi halların qarşısı vaxtında alınır. Ölkənin dayanıqlı inkişafını şərtləndirən əsas amillərdən biri də şəffaflığın təminatıdır. Dövlət başçısı dəfələrlə bəyan edib ki, dövlət qurumlarının başında dayanan insanlar vicdanla işləməlidirlər, dövlətin maraqlarını hər şeydən üstün tutmalıdırlar. Onlara həm dövlət, həm də ictimai nəzarət olmalıdır. Burada ictimai nəzarəti xüsusilə qeyd etmək lazımdır. İctimai nəzarətin əsas məqsədi məsul şəxslərə icra etdikləri vəzifələrini vicdanla yerinə yetirməyi, səmərəli  olmağı öyrətməkdir.  İctimai nəzarətin missiyası vəziyyəti düzəltməkdir. Beləliklə ictimai nəzarət geniş kütlələrin cəmiyyətin və dövlətin idarə olunmasına cəlb edilməsi üsulu, aşkara çıxarılan nöqsan və çatışmazlıqların aradan qaldırılmasının zəruri şərti kimi mühüm əhəmiyyətə malikdir. Ölkə başçısı tərəfindən dəfələrlə ictimai nəzarətlə bağlı çağırışlar səsləndirilərək, ictimai nəzarətin gücləndirilməsinin vacibliyi diqqətə çatdırılıb.

2022-ci ilin İyulun 25-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Araz Əhmədovu Masallı Rayon İcra Hakimiyyətinin başçısı, Əkbər Abbasovu Lerik Rayon İcra Hakimiyyətinin başçısı və Elvin Paşayevi Göygöl Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbul edərkən də ictimai nəzarətin vacibliyinə diqqət çəkərək bildirib: “Rəhbərlik edəcəyiniz rayonlarda işlərin daha yaxşı getməsi üçün əlbəttə ki, ictimai nəzarət olmalıdır. Siz ictimai nəzarətdən çəkinməməlisiniz. İctimai nəzarət, ictimaiyyətin fəallığı, mövcud olan problemlərə dövlət orqanlarının diqqətinin cəlb edilməsi sizin işinizə kömək göstərəcək. Ona görə insanlarla bir yerdə olmalısınız, ictimaiyyətlə bir yerdə olmalısınız və biz ancaq bu yolla ölkəmizi inkişaf etdirə bilərik”.

 

Rasim Hüseynov-Zərdab rayonu Hüseynxanlı kəndi, Zərdab RİH yanında fəaliyyət göstərən ictimai nəzarət şurasının sədri