Xəbəraz

Qəbul olunmuş Dövlət Proqramlarının müsbət nəticələri

Qəbul olunmuş Dövlət Proqramlarının müsbət nəticələri

Qəbul olunmuş Dövlət Proqramlarının müsbət nəticələri

Bu gün ölkəmizin istənilən şəhər və rayonunun timsalında Azərbaycanda həyata keçirilən dövlət proqramlarının və iqtisadi islahatların real bəhrəsini görmək mümkündür. Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının icrası əhaliyə göstərilən müxtəlif növ xidmətlərin səviyyəsinin daha da yüksəldilməsində, quruculuq işlərinin dinamik şəkildə həyata keçirilməsində müstəsna rol oynamaqdadır. Ölkəmizdə həyata keçirilən müxtəlif inkişaf proqramları, iqtisadi və sosial islahatlar respublikamızın daha da inkişaf etməsinə, vətəndaşların ən yüksək həyat şəraitinin təmin olunmasına xidmət edir. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi kurs çərçivəsində sosial məsələlərin həlli, vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi hər zaman diqqət mərkəzindədir. Eyni zamanda, insanların yaşayış səviyyəsinin yaxşılaşdırılması, maaşların, pensiyaların artırılması, yeni sosial obyektlərin tikintisi dövlətimizin sosial siyasətinin prioritet istiqamətlərindəndir. İndiyədək əldə olunan bütün iqtisadi və sosial uğurlar bu istiqamətlərdə həyata keçirilən tədbirlərin səmərəli olmasından xəbər verir.

Zərdab rayon Gənclər və İdman idarəsinin rəisi-Ələkbər Kərimov