Xəbəraz

Şəhid ailələrinə xüsusi diqqət göstərilməlidir

Şəhid ailələrinə xüsusi diqqət göstərilməlidir

Azərbaycan Respublikasının müstəqilliyi uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə dövlətimiz tərəfindən hər zaman xüsusi diqqət və qayğı göstərilir, onların mövcud problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər həyata keçirilir.

Qələbə sevin­cini xalqımıza qazandıran şəhidlərimiz və onların ailələri, qazilərimiz unudulmamlıdır. Bakı, Sumqayıt və Abşeron rayonlarında şəhid ailələrinin evlə təminatı məsələləri artıq yekunlaşmaq üzrədir. Digər rayon­larda da dövlət öz üzərinə düşən vəzifəni icra edir. O cümlədən, şəhid ailələrini, müharibə əlillərini işlə təmin etmək üçün çoxsaylı tədbirlər həyata keçirilir. Əsas odur ki, yerlərdə də bu kateqoriyadan olan insanlara diqqət göstərilir.

Biz vətəndaşlar da  daim qazilərin problemlərinə diqqətlə və həssaslıqla yanaşırıq. Çalışırıq ki, azad edilmiş torpaqlarımıza bayrağımızı sancan qəhrəman əsgər və zabitlərimizə ilk növbədə yardım edək. Çünki, dövlət başçımızın dediyi kimi, onlar öz canlarını fəda edib, sağlamlı­ğını itirib, heç nəyə baxmadan, qorxmadan ölümə gedərək Vətənimizi işğalçılardan xilas ediblər: “Ona görə hər bir dövlət məmurunun, nəinki dövlət məmurunun, hər bir insanın borcudur ki, onlara arxa, dayaq olsun. Yenə də deyirəm, dövlət və mən Prezident kimi daim onların problemləri ilə maraq­lanıram, bu problemləri həll edirəm, daim onlarla bir yerdəyəm. Hər bir dövlət məmuru da, bax, eyni hərəkətlər etməlidir”.

Həqiqətən də ölkəmizdə şəhid ailələrinin, qazilərin istər mənzillə təminatı, istərsə, məşğulluqla bağlı problemləri yüksək səviyyədə həll edilir. “Qəhrəmanlarımızın məşğulluğuna dəstək olaq” – devizi ilə aparılan “Məşğulluq marafonu”na müraciətlər gündən-günə artır. İşəgötürənlər bu məqsədlə mövcud və ya yeni yaradılmış vakansi­yalar barədə məlumatları davamlı olaraq təqdim edirlər. İşsiz və iş axtaran kimi “Məşğulluq” altsistemində qeydiyyatda olan şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qazilər vakansi­yalar üzrə işlə təmin olunurlar.44 günlük vətən müharibəsində qələbəni bizlərə bəxş edən oğullarımız bizim baş tacımızdır. Bu başqa cür ola da bilməz.

 

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı- Nicat Əhmədzadə