Xəbəraz

Dilimiz milli sərvətimizdir

Dilimiz milli sərvətimizdir

Azərbaycan dilinin dövlət dili statusuna yüksəlməsi millətin öz taleyinə sahibliyinin, dövlət qurmaq və qorumaq qüdrətinin, eyni zamanda, dilinin zənginliyinin sübutudur. Dil hər bir xalqın varlığının əsas təminatçısıdır.  Azərbaycan  xalqının da ana dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir. Ana dili dövlət rəmzlərimiz olan himn, gerb, bayraq kimi müqəddəsdir.

Müstəqilliyimizin bərpasında sonra Azərbaycan dili xalqımızın ictimai-siyasi, sosial-iqtisadi və elmi-mədəni həyatında dövlətin rəsmi dili kimi müstəsna əhəmiyyət daşıdı. Ulu öndər Heydər Əliyev  dövlət dilinin  yeni inkişaf dönəmində  yaranmış vəziyyəti nəzərə alaraq  2001-ci il iyunun 18-də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman imzaladı. İlk növbədə  müstəqil Azərbaycan dövlətinin  dil siyasətinin  müəyyənləşdirliməsi, formalaşması və möhkəmləndirilməsi  baxımından  müstəsna əhəmiyyət  daşıyan bu tarixi Fərman  dövlət dili  il bağlı  hərtərəfli və geniş  məlumatları özündə ehtiva edir. “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” Fərmanın imzalanması isə dilimizin inkişafı və təqdimatı üçün daha geniş imkanlar yaratdı. Belə ki,  hər il 1 avqust tarixi ölkədə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi təsis edildi. 2001-ci ildən  başlayaraq hər il  bu tarixi günün qeyd olunması Azərbaycan dilinin qorunması istiqamətində atılan addımların heabatının təqdimatında mühüm rol oynayır. Eyni zamanda, bu bayram günündə ötən dövrün nəticələri əsasında qarşıda illərin prioritetləri müyyənləşdirilir,  görüləcək işlərin anonsu verilir. Dilimiz milli sərvətimizdir. Onun yad təsirlərdən qorunması və inkişaf etdirilməsi, tətbiqi sahəsinin genişləndirilməsi daim qarşıda dayanan vəzifələr sırasındadır. Dil ünsüyyət vasitəsi olaraq dövlətləri, xalqları biri-birinə yaxınlaşdırır.

Ümummilli lider Heydər Əliyevin dil siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin atdığı addımlara  diqqət yetirdikdə bu fikri böyük əminliklə qeyd edirik ki, Azərbaycan dilinin saflığının qorunması, dilimizin dünya dil qrupları arasında mövqeyinin möhkəmləndirilməsi daim əsas məsələ kimi öndə olub və bu istiqamətdə görülən işlər davamlılığı ilə diqqət çəkir.

Dövlət başçısı İlham Əliyevin 2018-ci ildə imzaladığı “Azərbaycan dilinin saflığının  qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı  tədbirlər haqqında” Fərmandan irəli gələn vəzifələrin uğurlu icrası dilimizin saflığının qorunmasına  böyük töhfələr verir. Təbii ki, hər bir sənədin uğurlu icrası  zamanın tələbinə uyğun olaraq yeni təkmilləşmənin həyata keçirlməsi üçün növbəti Fərman və Sərəncamın imzalanmasını zərurətə çevirir. Artıq tarixi Zəfərimizin reallıqlarını yaşayırıq. Bu Qələbəmiz bütün sahələrdə təkmilləşmələrə, yeni sənədlərin imzalanmasına yol açır.

Qısa təhlil əsasında bu fikri böyük fəxr hissi ilə qeyd edirik ki, harada yaşamasından asılı olmayaraq bütün azərbaycanlıları azərbaycançılıq ideyası ətrafında sıx birliyə çağıran ulu öndər Heydər Əliyevin düşünülmüş  siyasətinin  Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin  nəticəsi özünü tarixi Zəfərimizdə  nümayiş etdirdi.  Qələbimizi şərtləndirən amillər sırasında birliyimiz, həmrəylimiz əsas yer tutdu. Bütün dünya azərbaycanlılarını birləşdirən azərbaycançılıq ideologiyasının əsas tərkib hissəsi olan  milli sərvətimizi – dilmizi qoruyaq, inkişafına  davamlı töhfələr  verək.

 

Nailə Əliyeva-Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru