Xəbəraz

ANA DİLİNİN DÖVLƏT DİLİ OLMASI UĞRUNDA DÖNMƏZ MÜBARİZƏ

ANA DİLİNİN DÖVLƏT DİLİ OLMASI UĞRUNDA DÖNMƏZ MÜBARİZƏ

ANA DİLİNİN DÖVLƏT DİLİ OLMASI UĞRUNDA DÖNMƏZ MÜBARİZƏ

Ümummilli lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən avqustun 1-i Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir. Ümummilli Lider Heydər Əliyevin xalqımız üçün göstərdiyi misilsiz xidmətlərindən biri də xalqımızın ana dilinin qorunub saxlanması və inkişafı sahəsində fəaliyəti olmuşdur.

Ulu Öndər Heydər Əliyevin ana dilimizin qorunması üzrə siyasi xəttinə sadiqlik Prezidentimiz cənab  İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən 2004-cü il yanvarın 12-də imzalanmış “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncam ilə hər il latın qrafikalı Azərbaycan əlifbası ilə çap olunacaq əsərlərin siyahısı hazırlanırAzərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi, Azərbaycan Milli Ensiklopediyasının və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin nəşri ana dilimizin hərtərəfli geniş tətbiqini mütərəqqi şəkildə gerçəkləşdirib.Azərbaycan dilinin qorunmasına xidmət edən Dövlət Proqramını da xüsusi qeyd etmək lazımdır. Prezidentimiz cənab  İlham Əliyev 2013-cü ildə imzaladığı sərəncamla təsdiq olunan Dövlət Proqramının məqsədi Azərbaycan dilinin istifadəsinə və tədqiqinə dövlət qayğısının artırılması, ölkədə dilçilik araşdırmalarının yaxşılaşdırılmasıdır. Bu gün də bu istiqamətdə önəmli işlər görülür, araşdırmalar aparılır. Prezidentimiz cənab  İlham Əliyevin də vurğuladığı kimi “Bizi millət kimi qoruyub saxlayan məhz dilimiz, ədəbiyyatımız, tariximiz, ənənələrimizdir”.  Azərbaycan dövləti bu dəyərlərə yüksək qiymət verir. Azərbaycan dilinin istifadəsinə və tədqiqinə xüsusi dövlət qayğısı mövcuddur.

Bu gün Azərbaycan dilinin istifadə, tədbiq olunduğu sahələrə və miqyasına baxsaq dvölətimizin nə dərəcə də uğurlu siyasi kurs seçdiyini görə bilərik. Azərbaycan xalqının ana dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir. Ana dilimizi qoruyub saxlamaq, mühafizə etmək hər birimizin vətəndaş öhdəliklərindən biridir. Ana dilimizi xarici təsirdən qorumalıyıq.

 

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı- Nicat Əhmədzadə