Xəbəraz

“Ermənilər heç kimə güvənməsinlər, arxada gizlənmək dövranı keçdi”

“Ermənilər heç kimə güvənməsinlər, arxada gizlənmək dövranı keçdi”

“Ermənilərin ağlı gedib ötən əsrin 80-90-cı illərinə. O vaxt sovet hərbçilərinin arxasında gizlənib separatçılıq edir, mülki əhalimizə qarşı terror törədirdilər. İndi də ümid edirdilər ki, Rusiya sülhməramlıları varsa, istədiklərini edə bilərlər”. 

Bunu “Qafqazinfo”ya Milli Məclisin deputatı Elnur Allahverdiyev Azərbaycan ordusunun əks-terror əməliyyatını şərh edərkən deyib. O qeyd edib ki, Ordumuz göstərdi ki, bu torpaqların yeganə sahibi Azərbaycan dövlətidir. Ya silahı yerə qoyub mülki həyat sürsünlər, ya da başlarını qaldırmağa imkan verməyəcəyik.

Millət vəkilinin sözlərinə görə, ermənilərdə tarixən suisidə meyl güclü olub və bu günkü gedişat da onu göstərir ki, bu xalq sakit, firavan həyat sürə bilmir: “Bunlar normal həyat yaşaya bilmirlər. Bir ovucdurlar. Bizim tarixi torpaqlarımızda qurduqları dövlətdə illərdir yüzlərlə boş kənd var. Talan etdikləri Qarabağda 30 il ərzində məskunlaşdırma apara bilmədilər, çünki məskunlaşdırmağa adam yox idi. Şuşaya 28 ilə cəmi 2-3 min erməni köçürə bilmişdilər, onların da hamısı Yaxın Şərqdən, Suriyadan olan tüfeylilər idi. Ancaq dindirsən, Şuşanın “qədim erməni yurdu” olduğunu iddia edirlər. Zabux kəndinə bir eybəcər ad veriblər və Livan ermənilərini ora köçürüblər. Onlardan biri durub deyir ki, bizi “vətən”imizdən heç kim qova bilməz. Yəni bu anormal təfəkkürlə başqa cür mübarizə aparmaq mümkün deyil”.

E.Allahverdiyev hesab edir ki, bu gün erməniləri dünyada heç kim müdafiə etməyə cəhd göstərmir. Bir tərəfdən ona görə ki, yalan üzərində qurulan arqumentləri qalmayıb, digər tərəfdən isə beynəlxalq birlik Azərbaycanın qüdrətini görür. “30 ildir lovğalanırdılar ki, bunlara qalib gəlmək mümkün deyil, bunlar “müharibə tanrısı”dırlar. İndi gah o ölkəyə ümid edirlər, gah başqasına. Kimsə gəlib bunları xilas edəcək. Tarixin ədalətsizliyidir ki, bizim torpaqlarımızda dövlətiniz var, xoşunuz gəlmir, gedin o dövlətdə yaşayın. Azərbaycanın əzəli parçası olan Qarabağda isə ancaq dinc, mülki həyat sürə bilərsiniz” – deyə deputat bildirib.

Milli Məclisin deputatı əmindir ki, ordumuzun cəza tədbirləri 10 noyabr üçtərəfli bəyanatının maddələri tam icra olunmayınca davam etdiriləcək: “Qisas” əməliyyatı xalqımız tərəfindən tam dəstəklənir. Şəhid olan balamızın qisasını ordumuz aldı və alır. Cəsur əsgərlərimiz düşmənin üstünə od yağdıracaq. O vaxta qədər ki, sonuncu erməni silahlısının ya ölüsü, ya dirisi torpaqlarımızı tərk etməyib. Papaqları varsa, qarşılarına qoyub bir daha düşünsünlər. Araiklərə, Babayanlara, Balasanyanlara qulaq asıb, onların əsiri olmağa davam edəcəklərsə, aqibətləri belə olacaq. Adam kimi yaşamaq istəyirlərsə, silahı yerə qoyub cəmiyyətimizə inteqrasiya olunsunlar”.

E.Allahverdiyevin fikrincə, Ermənistanın sentyabradək hərbi kontingentini Qarabağdan çıxaracağı tədqirdə, separatçıları müdafiə edən qalmayacaq. Bu proses dövlətimizin ciddi nəzarətindədir: “Qarabağdakı kişiləri deyil, bütün əhalini toplasalar, Azərbaycan ordusu ilə təmas xəttinin müdafiəsini tam təmin edə bilməzlər. Nəfəslikləri daralır, dövlətimiz öz ərazisində separatizmə aman vermək fikrində deyil. Yox, əgər Ermənistan orusundan kimsə burada qalmaq istəsə, tezliklə Yerevana doğru tabutları gedəcək. Ali Baş Komandanın dediyi kimi, heç bir dövlət, heç bir qüvvə bu prosesi dayandıra bilməz. Heç kimə güvənməsinlər. Arxada gizlənmək dövranı keçdi”, – deyə millət vəkili vurğulayıb.