Xəbəraz

12 avqust-Beynəlxalq Gənclər Günü münasibəti ilə Zərdabda günərzi yay düşərgəsi təşkil olundu

12 avqust-Beynəlxalq Gənclər Günü münasibəti ilə Zərdabda günərzi yay düşərgəsi təşkil olundu

12 avqust-Beynəlxalq Gənclər Günü münasibəti ilə Zərdabda günərzi yay düşərgəsi təşkil olundu.

Qanunla.Az xəbər verir ki, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin təşəbbüsü, Zərdab rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə 12 avqust-Beynəlxalq Gənclər Günü münasibəti ilə Zərdab rayon Pərvanlı kəndində, Kür çayı sahilində müxtəlif kateqoriyadan olan uşaq, yeniyetmə və gənclərin iştirakı ilə növbəti günərzi yay düşərgəsi təşkil olundu.

Uşaq, yeniyetmə və gənclərin yay tətilini daha maraqlı, yaddaqalan və səmərəli keçirmələrinə şərait yaratmaq, onların bilik və bacarıqlarının artırılmasına və fərdi inkişafına dəstək olmaq, asudə vaxtlarının səmərəli təşkilinə şərait yaratmaq məqsədi ilə təşkil olunmuş düşərgədə müxtəlif müsabiqələr, idman yarışları və əyləncəli oyunlar, intellektual yarış və çay süfrəsi təşkil edilib, Zərdab şəhər Uşaq İncəsənət Məktəbinin şagirdləri tərəfindən musiqi və rəqs nömrələri nümayiş olunub.

image-img-20220812-wa0031 image-img-20220812-wa0032 image-img-20220812-wa0034 image-img-20220812-wa0033 image-img-20220812-wa0035 image-img-20220812-wa0037 image-img-20220812-wa0036 image-img-20220812-wa0039 image-img-20220812-wa0038 image-img-20220812-wa0041 image-img-20220812-wa0040 image-img-20220812-wa0042 image-img-20220812-wa0043 image-img-20220812-wa0044