Xəbəraz

“Özəlləşdirmə çekləri vətəndaşların haqqıdır” – Çağırış

“Özəlləşdirmə çekləri vətəndaşların haqqıdır” – Çağırış

“Özəlləşdirmə çekləri vətəndaşların haqqıdır” – Çağırış

Keçmiş sosialist düşərgəsinin digər ölkələri kimi, Azərbaycan da mərkəzləşdirilmiş plan sistemdən imtina prosesində çek özəlləşdirməsi prosesindən keçib. Belə ki, rəsmi olaraq “kiçik özəlləşdirmə”yə 1996-cı ilin mart ayının sonunda, özəlləşdirmə paylarının (vauçerlərin) paylanmasına isə 1997-ci ilin martından başlanıb. Lakin özəlləşdirmə çekləri 2011-ci ilin yanvar ayının əvvəlindən dövriyyədən çıxarıldı. Məlumat üçün qeyd edək ki, özəlləşdirmə çekləri 1996-cı ildə, tarixi sosial ədaləti təmin etmək üçün mərhum Prezident Heydər Əliyev tərəfindən, 1997-ci ilədək anadan olmuş bütün ölkə vətəndaşlarına miras əmlak payı olaraq verilib. Bu çeklər dövlət qiymətli kağızları olmaqla yanaşı, həm də mülkiyyət hüququ daşıyır. Çeklərin hər birinin dəyəri eynidir. Özəlləşdiriləcək bütün dövlət əmlakının 65 faizi özəlləşdirmə çekləri vasitəsilə aparılmalıdır. Hər bir çekin dəyəri isə 1/32 milyonda hissədir. Bu hissəyə düşən əmlak ekvivalenti payı qanunda inflyasiyadan qorunan əmlak ekvivalenti payı kimi göstərilib. Eyni zamanda bu özəlləşdirmə paylarının banklarda girov qoyulması hüququ qanunla təmin olunub. Bu, o deməkdir ki, özəlləşdirmə çeklərinin hər birinə dövlət əmlakından düşən səhmlərin dəyəri eyni olmalıdır.

Mövzu ilə bağlı deputat  Azər Badamov Qanunla.az-a açıqlamasında bildirib ki, ölkə vətəndaşlarına pay olaraq verilən özəlləşdirmə çekləri bu gün istifadəsiz qalıb. Bu məsələnin həlli isə vacibdir:

image-299067216_440881304725244_5447696356812311671_n

“O vaxtı çek sahibi olan hər kəsin bu imkandan yararlana bilməməsi təəssüf doğurur. Möövcud şəraitdə isə özəlləşdirmə çeklərinin tədavülünün dayandırılması əlində çeki qalan vətəndaşların yenə də verilən imkandan yararlanmamasına yol açıb. Halbuki özəlləşdirmə çeklərinin yenidən tədavülə buraxılması əlində çeki qalmış vətəndaşlar üçün əlverişli şərait yaradacaq. Bu baxımdan həmin çeklərin yenidən dövriyyəyə qaytarılması arzuolunandır. Çünki özəlləşdirmə çeklərinin yenidən dövriyyəyə buraxılması sosial-iqtisadi inkişafa müsbət təsir göstərəcək. Sözügedən çeklərdən yerli və xarici investorlar yenidən istifadə edə bilərlər”.

Özündə də özəlləşdirmə çeklərinin qaldğını bildirən Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev isə vurğulayıb ki, vətəndaların haqqı olan bu çeklərlə bağlı problemin həlli vacibdir:

image-298910273_437479528329658_2374593253657922557_n

“Qərara əsasən, zamanında vətəndaşlara 31,9 milyon özəlləşdirmə çeki paylanılıb. Lakin həmin çeklərin 20 faizi bu gün əllərdə istifadəsiz qalıb. Azərbaycanda bu qədər vauçerlərin əldə qalması o vaxtı özəlləşdirmənin qanunazidd şəkildə həyata keçirildiyini göstərir. Bu baxımdan özəlləşdirmə çekləri ilə bağlı məsələ yenidən nəzərdən keçirilməli və dövlət mütləq bu çekləri təkrar dövriyyəyə buraxmalıdır. Əgər yenidən tədavül prosesi həyata keçirilməzsə, bu zaman özəlləşdirmə çeklərinin qiymətləndirilməsi fonunda vətəndaşlara kompensasiyanın ödənilməsinə ehtiyac var. Ona görə ki, o vaxtı paylanan özəlləşdirmə çekləri vətəndaşların haqqıdır. Özəlləşdirmə çeklərinin tədavülünə dəstək olan ictimai nüfuzlu şəxslərin çağırışları başadüşüləndir. Özəlləşdirmə prosesi üzrə ölkədə kiçik və orta özəlləşdirmə artıq başa çatmaq üzrədir. Böyük özəlləşdirmə prosesində özəlləşdirmə çeklərindən istifadə edilməsi arzuolunandır”.