Xəbəraz

Azərbaycanın həyata keçirdiyi siyasət regionda sülhün, təhlükəsizliyin qorunmasına yönəlib

Azərbaycanın həyata keçirdiyi siyasət regionda sülhün, təhlükəsizliyin qorunmasına yönəlib

Azərbaycanın həyata keçirdiyi siyasət regionda sülhün, təhlükəsizliyin qorunmasına yönəlib.

Qarabağ məsələsi sülh və təhlükəsizlik üçün ciddi problem idi. Prezident İlham Əliyevin rəhbərliyi ilə artıq bu problem geridə qalıb və qarşıdakı illər ərzində Qarabağın inkişafı, regionda yeni infrastrukturların yaradılması iqtisadi rentabellikdə də özünü daha qabarıq göstərəcək.

Prezident İlham Əliyevin İsmayıllı və Ağsu rayonlarına səfəri regionların inkişafı baxımdan mühüm əhəmiyyət daşıyır. Dövlətimizin başçısı səfər çərçivəsində Azərbaycan Televiziyasına müsahibəsində bir sıra önəmli məqamlara aydınlıq gətirdi. Prezident İlham Əliyevin Qarabağda yaşayan ermənilərlə bağlı sərgilədiyi mövqe, əslində, işğalçı Ermənistanın öz çirkin əməllərindən əl çəkməsi üçün sonuncu xəbərdarlıq idi.

Prezident İlham Əliyev müsahibəsində Qarabağda yaşayan ermənilərin gələcək taleyinə aydınlıq gətirdi. Dövlətimizin başçısı qeyd etdi ki, Qarabağda yaşayan ermənilərin nə statusu olacaq, nə müstəqilliyi olacaq, nə də ki, hansısa xüsusi imtiyazı olacaq. Azərbaycan vətəndaşları necə, onlar da elə. Azərbaycan vətəndaşlarının hüquqları necə qorunursa, onların da elə. Bu isə onu deməyə əsas verir ki, orada yaşamaq istəyən ermənilər Azərbaycanın ərazi bütövlüyünü tanıyacaqlar, ölkəmizin qanunları çərçivəsində hərəkət edəcəklər. Onlara qaçqın və digər statuslar verilməyəcək. Belə bir yanaşma isə Azərbaycanın Qarabağ məsələsinin həllində bütün incə məqamları nəzərə aldığını, bu problemin həllində yarana biləcək problemləri indidən həll etməklə gələcəyə etibarlı zəmin yaradır.

Laçında məskunlaşmanın aparılması vacib şərtlərdən biridir. Ermənilər üçtərəfli razılaşmanın şərtlərinə əməl etməkdən boyun qaçırmaqla prosesi uzatmaq niyyətində idilər. Onlar düşünürdülər ki, zaman keçdikcə ermənilərin xarici havadarları Azərbaycana təzyiq edəcək və ölkəmiz öz prinsipial mövqeyindən geri çəkiləcək. Ötən müddət ərzində Prezident İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində ermənilərin xarici havadarları belə onlara yaxın durmadı, ermənilərin bütün istəkləri puç oldu. Bir müddət revanşist fikirlərə düşən Ermənistan rəhbərliyi artıq öz daxili problemlərini həll etməyə çalışır. Daxildə olan narazılıq və sosial problemlər bu ölkənin gələcək taleyini sual altında qoyur. Bütün bunların fonunda erməni daşnaqlarına qarşı “Qisas” əməliyyatı həyata keçirildi və Prezident İlham Əliyevin də dediyi kimi, düşmənə layiqli cavab verildi. Artıq Laçın rayonunda məskunlaşan ermənilər oranı tərk edirlər. Avqustun sonuna kimi proses yekunlaşacaq və növbəti mərhələdə Laçından olan soydaşlarımız öz doğma yurd yuvalarına köçürüləcəklər.

 

Babək Əliyev – Zərdab şəhər sakini, ağsaqqal