Xəbəraz

Ölkəmizdə həyata keçirilən düşünülmüş siyasət nəticəsində davamlı və dayanıqlı inkişaf təmin edilib

Ölkəmizdə həyata keçirilən düşünülmüş siyasət nəticəsində davamlı və dayanıqlı inkişaf təmin edilib

Ölkəmizdə həyata keçirilən düşünülmüş uğurlu siyasət nəticəsində davamlı və dayanıqlı inkişaf təmin edilib. Hər bir bölgədə abadlıq-quruculuq işləri ildən-ilə daha geniş vüsət alır və insanların sosial-rifah halı yaxşılaşdırılır. Bölgələrdə aparılan işlərə nəzarəti Prezident İlham Əliyev bilavasitə özü aparır. Məhz bunun üçün də dövlətimizin başçısının bölgələrə səfərləri müntəzəm xarakter daşıyır. Prezident İlham Əliyevin Qobustan-Ağsu-İsmayıllı səfəri də bu, qəlbdəndir. Ümumiyyətlə, Azərbaycan Prezidentinin rayonlara səfərləri yeni müəssisə və obyektlərin, iş yerlərinin açılması, infrastruktur layihələrinin icrası ilə müşayiət olunur.

Son illər ərzində hər bir bölgədə olduğu kimi, Ağsu və İsmayıllı rayonlarında da infrastruktur layihələri icra edilir. Belə ki, qazlaşdırma, elektrik enerjisi, su təchizatı, yolların tikintisi ilə bağlı çox böyük layihələr icra edilib. İsmayıllı rayonunda qazlaşdırma 80 faizdən çox, Ağsu rayonunda isə 100 faizə yaxındır. Bu iki rayonda son illərdə 10-dan çox elektrik yarımstansiyası inşa olunub və elektriklə təchizat tam təmin edilib. Yolların tikintisi ilə bağlı böyük işlər görülüb və hazırda da bu istiqamətdə tədbirlər davam etdirilir. Ağsuda və İsmayıllıda 160 çarpayılıq xəstəxana tikilib, 100-ə yaxın məktəb inşa edilib, ya da əsaslı şəkildə təmir olunub. Hər iki rayonda iş yerlərinin yaradılması ilə bağlı böyük layihələr icra edilib. Bu istiqamətdə həyata keçirilmiş tədbirlərə nümunə olaraq Basqal qəsəbəsində 179 otaqlı müasir otelin açılışı və Ağsu rayonunda böyük aqroparkın fəaliyyətə başlamasını göstərmək olar. Dövlətimizin başçısının qeyd etdiyi kimi, Basqal ölkəmizin qədim kəndlərindən biridir. Bu yerin tarixi siması qorunmalıdır, eyni zamanda, burada yaşayan insanlar üçün daha yaxşı şərait yaradılmalıdır, iş yerlərinin açılması üçün yeni imkanlar olmalıdır. Basqal qəsəbəsində müasir otelin istifadəyə verilməsi bölgənin turizm potensialını böyük dərəcədə genişləndirməklə yanaşı 300-ə yaxın yerli sakinin işlə təmin olunması deməkdir. Ağsu rayonunda böyük aqroparkın fəaliyyəti də 200-ə yaxın sakinin işlə təmin olunması ilə yanaşı, bölgə iqtisadiyyatına verilən töhfədir. Əhalinin artması iş yerlərinə tələbatı artırır. Özəl sektor üçün yaradılmış şərait yeni iş yerlərinin açılmasına kömək edir. Kənd təsərrüfatının inkişafı ilə bağlı əvvəlki illərdə qəbul edilmiş qərarlar öz bəhrəsini verir. Ümumiyyətlə, yeni iş yerlərinin açılması prosesi ölkəmizdə davamlı olaraq aparılır.

 

Elyurə Məmmədova-Zərdab Rayon mədəniyyət mərkəzinin direktoru