Xəbəraz

Dünya iqtisadiyyatına inteqrasiya uğurla davam edir

Dünya iqtisadiyyatına inteqrasiya uğurla davam edir

Dünya iqtisadiyyatına inteqrasiya uğurla davam edir

Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş uğurlu daxili və xarici siyasət bu gün ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu uğurlu siyasət nəticəsində  bu gün dünyada baş verən ərzaq böhranı və digər problemlərdən Azərbaycan xalqı tam sığortalamaq üçün praktiki işlər aparılmış və aparılmaqdadır. Ancaq bununla yanaşı Ölkə başçısı cənab İlham Əliyevin cari ilin 12 avqust tarixində İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Televiziyasına verdiyi müsahibəsində qeyd etdiyi kimi ümumi daxili məhsulumuzun əksər hissəsini özəl sektor formalaşdırır, həm yerli şirkətlər, həm xarici investorlar, xarici şirkətlər olduğu üçün dünyada gedən istənilən iqtisadi proses bizə də təsirsiz ötüşmür. Bununla yanaşı Ölkə başçısının apardığı uğurlu siyasət nəticəsində bu gün mövcud olan əkin sahələrində daha bol məhsul götürmək üçün suvarma layihələri, düzgün aqrotexniki tədbirlərin görülməsi və digər tədbirlər, subsidiyalar nəticəsində məhsuldarlığın böyük dərəcədə artması müşahidə olunur və eyni zamanda azad edilmiş torpaqlarda yetişdiriləcək məhsullar ərzaq təhlükəsizliyimizin tam təmin edilməsində Azərbaycan dövlətinə böyük kömək göstərəcəkdir.

Zərdab rayon Gənclər və İdman idarəsinin rəis müavini – Əvəz Soltanov