Xəbəraz

Erməni silahlı birləşmələri Qarabağı birdəfəlik tərk etməlidir

Erməni silahlı birləşmələri Qarabağı birdəfəlik tərk etməlidir

Erməni silahlı birləşmələri Qarabağı birdəfəlik tərk etməlidir.

30 illik Vətən həsrəti, nisgili, arzularımız, xəyallarımız, yuxularımız, gözlədiyimiz o möhtəşəm tarixə şahidlik etmək zamanı 44 gündə gerçəyə çevrildi! 10 noyabr 2020-ci il… Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli mövqeyi, Müzəffər Ordumuzun, Azərbaycan əsgərinin rəşadəti, şücaəti, xalqımızın birliyi, həmrəyliyi nəticəsində 44 gün ərzində döyüş meydanında gücünü göstərdi, düşmənin müqaviməti qırıldı. Hər gün qəhrəman döyüşçülərimiz irəli getdi və 44 gün ərzində bircə dəfə də olmadı ki, igid hərbçilərimiz düşmən tapdağından azad etdikləri ərazilərdən bir qarış belə geri çəkilsinlər. Çünki Ali Baş Komandanın “İrəli” əmri ilə mənfur düşmən üzərinə yeriyən cəsur döyüşçülərimiz “bu yolda öldü var, döndü yox”, deyərək, çıxmışdılar haqq savaşına. Azərbaycanın mərd oğulları 44 gün ərzində bəşər tarixində misligörünməmiş qəhrəmanlıq, vətənpərvərlik nümayiş etdirdilər, dünya hərb sahəsində yeni döyüş təcrübəsi yaratdılar. Və 10 noyabr şanlı tariximizə Zəfər günü kimi yazıldı. Güclü Ordumuzun, Rəşadətli əsgərlərimizin və nəhayət, dövlət başçımızla xalqımızın bir olmağı  30 illik həsrətimizə son qoydu! Budur, Azərbaycan xalqının, əsgərinin əzmi, rəhbərinə, xalqına, torpağına, Vətəninə sadiqliyi. Cənab Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, Azərbaycan cəmi 44 gün ərzində düşmən üzərində qətiyyətli Qələbə qazandı: «İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Bu Qələbə tarixdə əbədi qalacaq. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi.”

İlk növbədə erməni silahlı birləşmələri Qarabağı birdəfəlik tərk etməlidirlər. Bu, Ermənistanın 10 noyabr 2020-ci ildə imzaladığı Üçtərəfli bəyanatla üzərinə götürdüyü öhdəliklərdən biridir və Ermənistan hökuməti bunu təmin etməyə məcburdur. Avqustun 3-də keçirilimiş “Qisas” əməliyyatı da bir daha göstərdi ki, Azərbaycanın qarşı tərəfi buna məcbur etmək üçün bütün imkanları və gücü kifayət qədərdir. Möhtərəm dövlət başçımızın dediyi kimi, bir neçə saat ərzində davam edən “Qisas” əməliyyatı cəza tədbiri idi. Azərbaycan şəhidinin qanı düşmənlərə baha başa gəldi və onlar bunu unutmamalıdırlar. Əgər yenə də buna oxşar təxribat törədilərsə, cavab da eyni olacaq və heç kim Azərbaycana mane ola bilməz.

 

  Xanım İmanova  Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı