Xəbəraz

Son illər ərzində bütün bölgələrdə quruculuq-abadlıq işləri daha geniş vüsət almışdır

Son illər ərzində bütün bölgələrdə quruculuq-abadlıq işləri daha geniş vüsət almışdır

Son illər ərzində bütün bölgələrdə quruculuq-abadlıq işləri daha geniş vüsət almışdır

Bu gün ölkəmizdə Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu inkişaf strategiyası Azərbaycanda bütün sahələrin çiçəklənməsinə, regionlarımızın inkişafına öz töhfəsini verməkdədir. Azərbaycan Respublikasının dinamik inkişafını və müasir mənzərəsini əks etdirən məqamlardan biri də regionlarda uğurla reallaşdırılan geniş infrastruktur layihələri, abadlıq, quruculuq işləridir. Müvafiq Dövlət proqramları çərçivəsində həyata keçirilən layihələr sayəsində bölgələrin siması əhəmiyyətli dərəcədə dəyişib, infrastruktur təminatı güclənib. Ölkəmizin inkişafından, paytaxtda və bölgələrdə aparılan quruculuq-abadlıq işlərindən söhbət açarkən məktəblərin, səhiyyə ocaqlarının və bu qəbildən olan digər sosial təyinatlı obyektlərin inşasını və yaxud yenidən qurulmasını xüsusi vurğulamaq gərəkdir. Dövlət sosial sferada bu və ya digər layihələrin həyata keçirilməsinə böyük həcmli sərmayələr yönəldir. Bölgələrdə əsasən milli memarlıq üslubunda yaradılan və hər cür rahatlıqlara malik sosial infrastruktur obyektləri bir növ müstəqil Azərbaycanın hərtərəfli inkişafının rəmzinə çevrilib. Bu gün Azərbaycan dünyanı həm də azad edilmiş ərazilərdə sürətli bərpa və yenidənqurma işlərilə heyrətləndirir. Bu ərazilərdə abadlıq, quruculuq işləri aparılır, yeni yollar çəkilir, elektrik stansiyaları tikilir, sakinlərimizin öz doğma yurd yuvalarında məskunlaşması üçün hər cür müasir şərait yaradılır. Həyata keçirilən tədbirlər, görülən işlər rayon və şəhərlərimizin sosial-iqtisadi inkişafını təmin etməklə yanaşı, vətəndaşların da həyat səviyyəsinin yüksəlməsinə öz töfhələrini verir, ölkəmizin sürətli inkişafına, daha da qüdrətlənməsinə zəmin yaradır.

Zərdab rayon Gənclər və İdman idarəsinin rəisi – Ələkbər Kərimov