Xəbəraz

Nəqliyyat-logistika infrastrukturunun inkişafı ilə bağlı böyük planlar var

Nəqliyyat-logistika infrastrukturunun inkişafı ilə bağlı böyük planlar var

Nəqliyyat-logistika infrastrukturunun inkişafı ilə bağlı böyük planlar var.

Bölgədə sabitliyin başlıca şərtləri olan birgə fəaliyyətin əsasını dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə, müstəqilliyinə hörmət və bir-birinin daxili işlərinə qarışmamaq prinsipləri təşkil edir. Region ölkələri xalqlarının rifahının yüksəldilməsinə yönəlmiş bir çox beynəlxalq və regional layihələrin əsasını da qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın inkişafı, investisiya mühitinin yaxşılaşdırılması, etibarlı və təhlükəsiz kommunikasiyaların qurulması, yüksək rentabelli və ekoloji təmiz texnologiyaların cəlb edilməsi üçün əlverişli şəraitin yaradılması istiqamətində birgə çalışmaq niyyəti təşkil edir. Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən biridir. Ölkəmiz Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafında mühüm rol oynayır.

Bir mühüm məqam da Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi ilə bağlı Konvensiyanın imzalanması da ölkələrimiz arasında əlaqələrin bugünkü inkişafına öz müsbət təsirini göstərən addımlar sırasındadır. Baxmayaraq ki, Azərbaycanla Qazaxıstan arasında bu məsələnin həlli ilə bağlı problem yox idi, həmçinin ikitərəfli Memorandum imzalanmışdı, ümumilikdə hüquqi status məsələsinin illərdir öz həllini gözləməsi müəyyən problemlərə, narazılıqlara yol açırdı. Sahilyanı ölkələrin dövlət başçılarının iştirakı ilə keçirilən bütün görüşlərdə Xəzəri təhlükəsizlik, sülh dənizi adlandıran, sabitliyin təməlində ikitərəfli və çoxtərəfli münasibətlərin dayandığını bildirən Prezident cənab İlham Əliyev bu dənizin hüquqi statusu ilə bağlı sahilyanı ölkələr arasında uzun illərdən bəri davam edən ziddiyyətlərin qarşılıqlı əməkdaşlıq, xüsusi etimad və ehtiramla əvəz olunmasında humanistliyini göstərdi. İkitərəfli və çoxtərəfli əməkdaşlıq əlaqələrinin məntiqi nəticəsi Xəzəryanı ölkələr arasında dostluq və mehriban qonşuluq münasibətlərinin möhkəmlənməsini, dövlətlərin suverenliyinə, müstəqilliyinə, ərazi bütövlüyünə hörmətlə yanaşmanı, Xəzərin sülh, mehriban qonşuluq və dostluq zonasına çevrilməsini ehtiva edən sənədlərdə əksini tapmasıdır. Azərbaycan Xəzəryanı ölkələrin qarşılıqlı əməkdaşlığına bölgədə sabitliyin təminatı baxımından böyük əhəmiyyət verir.

Elvin Xəlilov- Zərdab rayon Əlvənd sakini, Əlvənd kənd tam orta məktəbin direktoru