Xəbəraz

İqtisadi-ticari münasibətlərin inkişafına da təkan veriləcək

İqtisadi-ticari münasibətlərin inkişafına da təkan veriləcək

İqtisadi-ticari münasibətlərin inkişafına da təkan veriləcək

Bu gün türk dünyasının həmrəyliyinə baxış əsasında Azərbaycan-Qazaxıstan münasibətlərinin dünəninə, bu gününə nəzər salacaq, imzalanan sənədlərin qarşıkı dövr üçün priortetlərini diqqətə çatdıracağıq. Bu baxımdan ki, yaxın günlərdə, avqustun 27-də Azərbaycanla Qazaxıstan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi qeyd ediləcək. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin avqustun 24-də Azərbaycana rəsmi səfəri 30 illik yolun təhlilində əhəmiyyətli rol oynayır. Bu illər ərzində Azərbaycan ilə Qazaxıstan arasında qarşılıqlı etimad və bərabərlik prinsipi mehriban qonşuluq münasibətlərini daha da dərinləşdirib. Dostluq və tərəfdaşlıq prinsiplərinə əsaslanan bu əlaqələrin əsası ulu öndər Heydər Əliyev və Qazaxıstanın sabiq Prezidenti Nursultan Nazarbayev tərəfindən qoyulub. Bu münasibətlər son 19 ilə yaxın dövrdə Prezidentimiz cənab İlham Əliyevin təkmil xarici siyasət kursuna uyğun olaraq daha da inkişaf edir, yeni-yeni hədəflərin müəyyənləşdirilməsinə yol açır. Hər zaman qeyd etdiyimiz kimi, qarşılıqlı səfərlər münasibətlərin yeni mərhələyə daxil olmasını şərtləndirir. Bu baxımdan ki, keçirilən görüşlərdə bugünümüz üçün aktual olan məsələlər müzakirə edilir, yeni sənədlər imzalanır.

Azərbaycan-Qazaxıstan münasibətləri daim strateji tərəfdaşlıq və müttəfiqlik xarakteri daşıyıb. Hər bir ölkənin inkişafında iqtisadi amilin rolunu önə çəksək görərik ki, münasibətlərdə iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni istiqamətlərin müəyyənləşdirilməsi hər zaman aktual məsələ olaraq öndədir. Bu baxımdan Azərbaycan və Qazaxıstan arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın fəaliyyəti iqtisadi sahədə ikitərəfli münasibətlərin inkişafına kömək edir. Komissiyanın tövsiyələri energetika, tranzit və nəqliyyat sistemləri, kənd təsərrüfatı, təhsil və turizm sahələrində ticari-iqtisadi və investisiya əlaqələrinin genişlənməsinə dair ikitərəfli əməkdaşlıq məsələlərinin geniş spektrini əhatə edir.

 

Zərdab rayon 1 saylı məktəb liseyin direktor müavini- Şəhla Eminova