Xəbəraz

Qazaxıstanın Qarabağın yenidən qurulmasında iştirakı dostluğumuzun bariz təzahürüdür

Qazaxıstanın Qarabağın yenidən qurulmasında iştirakı dostluğumuzun bariz təzahürüdür

Qazaxıstanın Qarabağın yenidən qurulmasında iştirakı dostluğumuzun bariz təzahürüdür.

İlk öncə qeyd etmək istərdim ki, Azərbaycan nəinki regionda, ümumiyyətlə Beynəlxalq aləmdə böyük nüfuza sahib olan bir dövlətdir və müasir Beynəlxalq münasibətlər sisteminə öz milli maraqlarına əsaslanaraq uğurla inteqrasiya etməkdədir. Azərbaycan Mərkəzi və Orta Asiya, region ölkələri ilə, eyni zamanda Avropa ölkələri ilə mehriban qonşuluq və dostluq əlaqələrinə sahib olan ölkədir. Bu gün Azərbaycanın Beynəlxalq müstəvidə qazandığı uğurlar ölkə Prezidenti cənab İlham Əliyevin uğurlu xarici siyasət xəttinin məntiqi nəticəsidir.

Son dövrlər Azərbaycan ilə Mərkəzi Asiya ölkələri, həmçinin Qazaxıstan arasında münasibətlərdə də canlanma müşahidə olunmaqdadır. Azərbaycan və Qazax xalqlarının dostluğu qədim tarixə malikdir. Belə ki. eyni kökə, mədəniyyətə və milli adət-ənənələrə malik olan Azərbaycan və Qazax xalqları arasındakı dostluq daimi və sarsılmaz olmuşdur. Bu iki dost və qardaş ölkə arasında diplomatik münasibətlər bu gündə uğurla davam etdirilməkdədir.

Məlum olduğu kimi avqustun 24-də Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Azərbaycanda rəsmi səfərdə olmuşdur və səfər çərçivəsində iki ölkə arasında müvafiq əməkdaşlıq sənədləri imzalanmışdır.

Qeyd etmək lazımdır ki, Azərbaycanla Qazaxıstan arasında ikitərəfli münasibətlərin inkişafında dövlət başçılarının səfərləri xüsusilə böyük əhəmiyyətə malikdir və bu səfərlər hər iki dövlətin qarşılıqlı əlaqələrinə böyük stimul verməkdədir.

Bu gün Ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirən ölkə Prezidenti cənab İlham Əliyev Qazaxıstan dövləti ilə əməkdaşlığa böyük önəm verir və qardaş ölkələr arasındakı münasibətlər daha da inkişaf etmişdir. Həmçinin qardaş Qazaxıstan dövləti artıq öz həllini tapmış, tarixin keçmiş səhifəsində qalan Qarabağ münaqişəsinin həllində hər zaman Azərbaycanın ədalətli mövqeyini dəstəkləmişdir. Qürurverici haldır ki, 44 günlük Vətən müharibəsi zamanı işğaldan azad olunmuş Füzuli şəhərində Qazaxıstanın “Bİ-Group” Holdinqi tərəfindən uşaqlar üçün inşa ediləcək Kurmanqazı adına Yaradıcılığın İnkişafı Mərkəzinin layihəsi bir daha iki qardaş ölkənin tarixi birliyini və dostluğunu dünyaya bəyan etmiş oldu.

Ələddin Zeynalov

Saatlı rayon Tarix-diyarşünaslıq muzeyinin əməkdaşı