Xəbəraz

Milli dövlətçilikdə yeni nəfəs

Milli dövlətçilikdə yeni nəfəs

Milli dövlətçilikdə yeni nəfəs

Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı Naxçıvandan başlanan dövlət müstəqilliyinin bütün Azərbaycan üçün aparıcı ideologiyaya çevrilməsinə, milli dövlətçiliyin bərpası istiqamətində mühüm addımların atılmasına səbəb oldu. 1991-ci il sentyabrın 3-də Heydər Əliyevin Naxçıvan MR Ali Məclisinə sədr seçilməsi böyük hadisə oldu. Bu seçimlə Ulu Öndər ilk növbədə, fəal və peşəkar fəaliyyəti ilə nəinki muxtar respublikada, həmçinin bütün Azərbaycanda milli dövlətçiliyə inam hissini formalaşdıra bildi. Böyük dövlət xadiminin ilk gündən başlayaraq atdığı addımlar, həyata keçirdiyi tədbirlər bölgənin qısa zamanda inkişafına səbəb oldu. Ümummilli Lider Heydər Əliyev siyasi fəaliyyətinin bütün dövründə muxtar respublikanın hərtərəfli inkişafına xüsusi qayğı göstərmişdir. Bu amil torpaqlarımıza zaman-zaman göz dikən erməni millətçilərinin məkrli planlarının və niyyətlərinin puç olmasında önəmli rol oynamışdır. Müharibənin davam etdiyi, sənaye məhsullarının çatışmadığı, elektrik enerjisinin olmadığı şəraitdə Ali Məclisin sədri seçilən Ulu Öndərin həyata keçirdiyi islahatlar, gördüyü tədbirlər sayəsində Naxçıvanda sabitliyin, tərəqqinin və həmrəyliyin təmin edilməsinə nail olunmuşdur. Onun rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasında sosial-iqtisadi vəziyyətin yaxşılaşdırıması  və tərəqqinin əldə olunması üçün əhəmiyyətli tədbirlər görüldü.

Mayisə Xəlilova

Dəkkəoba kənd tam orta məktəbin direktor müavini