Xəbəraz

Azərbaycanın ictimai-siyasi həyatında aparıcı rol oynayan, ölkənin gələcəyi naminə çalışan YAP-nın təsis konfransının Naxçıvanda keçirilməsi də həmin illərin reallıqları sırasındadır

Azərbaycanın ictimai-siyasi həyatında aparıcı rol oynayan, ölkənin gələcəyi naminə çalışan YAP-nın təsis konfransının Naxçıvanda keçirilməsi də həmin illərin reallıqları sırasındadır

Azərbaycanın ictimai-siyasi həyatında aparıcı rol oynayan, ölkənin gələcəyi naminə çalışan Yeni Azərbaycan Partiyasının təsis konfransının Naxçıvanda keçirilməsi də həmin illərin reallıqları sırasındadır

 Azərbaycanın bu günkü uğurlarını düzgün dəyərləndirmək üçün keçilən yola nəzər salmaq bir tələb kimi qarşıya qoyulur. Bu uğurlar böyük səylərin, düşünülmüş və məqsədyönlü siyasətin nəticəsidir. Bu fikri böyük fəxrlə qeyd edirik ki, Azərbaycanın hər bir uğuru ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Vətəninə, xalqına sevgisini hər addımın da təsdiqləyən Ümummilli Liderin təkcə Naxçıvan dövründə xidmətlərinin xronologiyasına diqqət yetirmək kifayətdir. Daim xalqının müstəqilliyi və azadlığı uğrunda çalışan, yeniliyi başlıca tələb kimi qarşıya qoyan Ümummilli Lider fəaliyyətinə islahatlardan başladı. Həmin illərdə ulu öndər Heydər Əliyevin uzaq görən siyasətinin nəticəsi olaraq Naxçıvan MSSR-nin adının dəyişdirilməsi, dövlət atributları sayılan Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının bərpası, himn və gerbi üçün müsabiqə keçirilməsi barədə qərar qəbul olundu.

Naxçıvandakı ən böyük xidmətlərindən biri diaspor fəaliyyətinin təməlini qoyan 31 dekabr – Dünya Azərbaycanlılarının milli həmrəylik və birliyi barədə qərarın qəbul olunmasıdır. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra diaspor quruculuğu, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların birliyi, həmrəyliyi dövlət siyasətinin əsas tərkib hissəsinə çevrildi. Ümummilli Lider Azərbaycanın müstəqilliyini daimi etmək üçün bütün dünya azərbaycanlılarını azərbaycançılıq ideologiyası ətrafında birliyə çağırdı. 2001-ci ildə Dünya Azərbaycanlılarıının I qurultayının keçirilməsi bu birliyin daha da möhkəmləndirilməsində əhəmiyyətli rol oynadı. Bu gün dünyaya səs salan, 30 ilin işğalına son qoyan tarixi Zəfərimizdə də dünya azərbaycanlılarının həmrəyliyi xüsusi rol oynadı.

Ümummilli Lider Heydər Əliyevin Naxçıvanda olarkən bütün Azərbaycan üçün gördüyü xidmətlərdən biri də Muxtar Respublikanın ermənilər tərəfindən işğalının qarşısının alınmasına yönəldilmiş Qars müqaviləsinin təzələnməsi oldu.

Azərbaycanın ictimai-siyasi həyatında aparıcı rol oynayan, ölkənin gələcəyi naminə çalışan Yeni Azərbaycan Partiyasının təsis konfransının Naxçıvanda keçirilməsi də həmin illərin reallıqları sırasındadır. YAP yarandığı gündən ümumxalq partiyasına çevrildi. “Biz Azərbaycandakı bütün prosesləri xalqın istədiyi məcraya yönəldəcəyik, bütün insanların sağlam mövqe tutmasına nail olacağıq. Bu işdə bizim dayağımız xalqdır, insanların bizə olan inamıdır, etimadıdır” söyləyən ümummilli lider Heydər Əliyevin yaradıcısı olduğu, hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edən YAP-ın Azərbaycanın hər bir uğurunda öz payı vardır.

Ulu Öndərin Azərbaycan dövləti və xalqı üçün böyük xidmətlərindən biri isə özü qədər inandığı Prezident İlham Əliyev kimi dövlət xadimini yetişdirməsi oldu. Prezident kimi fəaliyyətə başladığı gündən Azərbaycanın daha güclü, qüdrətli dövlətə çevrilməsi üçün ulu öndər Heydər Əliyevin siyasi kursunun uğurla davam etdirilməsinin vacibliyini bildirən cənab İlham Əliyev bunu atdığı addımları ilə təsdiqləyir. Prezident İlham Əliyev təkmil islahatları ilə Azərbaycanın dünyaya nümunə olan inkişaf modelini ortaya qoydu.

Bu gün Azərbaycan tarixi Zəfərimizin yaratdığı reallıqları yaşayır. Adını tarixə torpaqlarımızın xilaskarı kimi qızıl hərflərlə yazan Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Tezliklə Qarabağ və Şərqi Zəngəzur böyük investisiyalar məkanına çevriləcək. Cənab İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” bunu bir daha təsdiqləyir.

 

Gülnaz Məmmədova – Zərdab Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı