Xəbəraz

Böyük yaradan və Ulu Öndərin tale yazısı onu bu regiona göndərməklə Naxçıvanı işğal olunmaqdan, əhalisinin isə qaçqın və məcburi köçkün olmaq təhlükəsindən qorudu

Böyük yaradan və Ulu Öndərin tale yazısı onu bu regiona göndərməklə Naxçıvanı işğal olunmaqdan, əhalisinin isə qaçqın və məcburi köçkün olmaq təhlükəsindən qorudu

Böyük yaradan və Ulu Öndərin tale yazısı onu bu regiona göndərməklə Naxçıvanı işğal olunmaqdan, əhalisinin isə qaçqın və məcburi köçkün olmaq təhlükəsindən qorudu

“Bu zamanın, bu dəqiqələrin, bu saatın hökmünü nəzərə almaya bilməzdim… Xalqın bu əhval-ruhiyyəsini, tələblərini nəzərə alaraq bütün məsələləri götür-qoy etdim. Mən öz taleyimi xalqa tapşırmışam və xalqın iradəsini, yəqin ki, indi bu müddətdə, bu çətin dövrdə yerinə yetirməliyəm”, – deyən dahi şəxsiyyət Naxçıvan Muxtar Respublikasını erməni təcavüzündən xilas edib, blokada şəraitində gələcək inkişafın böyük təməllərini atıb. Zəngin təcrübəyə malik dövlət xadiminin qədim diyardan Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə və Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilməsi və onun ölkənin ictimai-siyasi həyatında yaxından iştirak etməsi Azərbaycan xalqının taleyində yeni üfüqlər açdı. Ümummilli lider Heydər Əliyevin fəaliyyəti, onun iradəsi ilə qəbul olunmuş qərarlar müstəqillik tariximizin ən parlaq səhifələrini təşkil edir. Böyük yaradan və Ulu Öndərin tale yazısı onu bu regiona göndərməklə Naxçıvanı işğal olunmaqdan, əhalisinin isə qaçqın və məcburi köçkün olmaq təhlükəsindən qorudu. Azərbaycan xalqının və milli dövlətçilik tariximizdə silinməz izlər qoymuş bu böyük şəxsiyyətin Naxçıvanda yenidən siyasi hakimiyyətə qayıdışı, sıravi deputat, sonralar isə Naxçıvan Muxtar Respublikasının rəhbəri kimi fəaliyyət göstərməsi Naxçıvandan başlanan istiqlal və hürriyyətin tezliklə ölkənin siyasi mühitində aparıcı qüvvəyə çevrilərək, milli dövlətçiliyin bərpası istiqamətində çox qəti addımların atılmasına gətirib çıxardı. Bununla də görkəmli dövlət xadimi Heydər Əliyev özünəməxsus idarəçilik fəlsəfəsinin əsas konturlarını xalqa bəyan etmiş oldu. Fenomenal şəxsiyyət öz zəngin təcrübəsi ilə milli qurtuluşun, milli dövlətçilik quruculuğunun təməllərini məhz Naxçıvanda qoydu. Sovet İttifaqının ən aparıcı dövlət xadimlərindən biri olan Ulu Öndərin Naxçıvana gəlişi həqiqi mənada Naxçıvanın qurtuluşu idi. Bildiyimiz kimi, XX əsrin sonlarına doğru Sovet İttifaqı kimi nəhəng imperiyanın süquta uğraması ictimai-siyasi vəziyyəti daha da ağırlaşdırdı. Həmin dövrdə cərəyan edən ölkədaxili və regional siyasi proseslər Azərbaycanı da uçurumun bir addımlığına gətirib çıxardı, rəsmi Moskva Ermənistanın əsassız torpaq iddialarına rəvac verdi. Ölkədən təcrid olunmuş, blokada şəraitində yaşayan Naxçıvan isə taleyin ümidinə buraxıldı. Yaranmış boşluqdan istifadə edən təcavüzkar Ermənistan siyasi və hərbi təzyiqlərini getdikcə artırırdı. Vəziyyətin hədsiz ağır və gərgin olmasına baxmayaraq, Naxçıvan əhalisi bütün çətinliklərə müqavimət göstərir, muxtar respublikanın ərazi bütövlüyünü qorumaq üçün mərdliklə mübarizə aparırdı. Belə bir çətin, mürəkkəb və məsuliyyətli məqamda dahi zəkaya malik Heydər Əliyevin Azərbaycana qayıdışı Böyük qayıdışın ilk pilləsi idi. Çox təəssüf ki, o dövrdə Ulu Öndər Moskvadan Bakıya gələrkən üzləşdiyi ədalətsizlik və haqsızlıq səbəbindən 1990-cı il iyulun 22-də Naxçıvana getmək məcburiyyətində qaldı. Ulu Öndər həmin ilin 30 sentyabrında həm Azərbaycan Respublikası Ali Sovetinə, həm də muxtar respublikanın Ali Məclisinə deputat seçildi. Xalqın ölkənin gələcəyinə inamını gücləndirən bu seçim onun xilaskarlıq missiyasının ilk müjdələri idi. Məhz həmin illərdə nəinki Naxçıvan, həmçinin Azərbaycan üçün də tarixi qərarlar qəbul edilirdi. 1990-cı ilin noyabr ayının 17-də Naxçıvan parlamentinin yeni tərkibdə keçirilən ilk sessiyası deputatların istəyi və böyük təkidilə ulu öndər Heydər Əliyevin sədrliyi ilə öz işinə başladı. Əslində bu sessiyanı öz gündəliyi və gündəliyə salınmış çox mühüm məsəsələrinə görə tarixi sessiya adlandırmaq olar. Belə ki, sessiyada müzakirə olunan bütün məsələ və qəbul edilən qərarlar nəinki Naxçıvanın, bütövlükdə Azərbaycanın gələcək müstəqilliyinə və suverenliyinə yönəlmişdi. Prezident İlham Əliyev həmin dövrdə Naxçıvan Ali Məclisinin keçirdiyi iclaslarda qəbul edilmiş qərarları nəinki Naxçıvan üçün, həm də Azərbaycan üçün böyük tarixi əhəmiyyətə malik olduğunu qeyd edir.

Nailə Əliyeva-Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru