Xəbəraz

Heydər Əliyevin fəaliyyəti,onun iradəsi ilə qəbul olunmuş qərarlar müstəqillik tariximizin ən parlaq səhifələrini təşkil edir

Heydər Əliyevin fəaliyyəti,onun iradəsi ilə qəbul olunmuş qərarlar müstəqillik tariximizin ən parlaq səhifələrini təşkil edir

Ümumilli lider Heydər Əliyevin fəaliyyəti,onun iradəsi ilə qəbul olunmuş qərarlar müstəqillik tariximizin ən parlaq səhifələrini təşkil edir

Azərbaycan hələ sovet birliyinin tərkibində olanda ümummilli liderimiz Heydər Əliyev xalqımızın rifahının yaxşılaşması üçün əlindən gələni etmişdir.SSRİ rəhbərlərinin 20- ci əsrin 80-90 -cı illərində xalqımızın başına gətirdikləri oyunları görüb, onları tənqid edən ümumilli lider Heydər Əliyevin Bakıda fəaliyyət göstərməsinə bəzi sovet tərəfdarları razı olmadılar. Ona görə də Heydər Əliyev Naxçıvana getməli oldu.

Ümummilli lider , dahi şəxsiyyət Heydər Əliyevin 1990 – cı illərin əvvəlində Naxçıvan Muxtar Respublikasındakı fəaliyyəti dövlətçiliyimizin və Azərbaycan xalqının tarixində önəmli yer tutur . Hər zaman fəaliyyətində milli ideyalara sədaqət nümayiş etdirən , xalqa yaxın olan Ulu Öndərin Ali Məclisin Sədri vəzifəsində işləyərkən dünya azərbaycanlılarını bir ideya ətrafında – Vətənə və xalqa xidmət uğrunda birləşməyə səslədi . 1991 – ci il dekabrın 16 – da Ali Məclis tərəfindən ” 31 Dekabr Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü haqqında ” Qərarın qəbul edilməsi xüsusi əhəmiyyətə malikdir . Ümummilli Liderin iradəsi ilə qəbul olunmuş qərarlar müstəqillik tariximizin ən parlaq səhifələrini təşkil edir .

Görkəmli dövlət xadiminin 1991 – ci il sentyabrın 3 – də Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən fövqəladə sessiyada deputatların və iclas zalının qarşısına toplaşan minlərlə insanın təkidi ilə Naxçıvan Ali Məclisinin Sədri seçilməsi Azərbaycanın dövlət müstəqilliyi yolunda addımlarının əsasını qoydu . Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə və Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilməsi böyük təcrübəyə malik olan qüdrətli siyasətçinin ölkənin ictimai – siyasi həyatında yaxından iştirak etməsinə yol açdı . Bu qədim diyarın xilası və dirçəlişi məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin həm SSRİ dönəmində , həm də müstəqillik illərində ölkəmizə rəhbərliyi dövründə xalqın rifah halının daha da yaxşılaşdırılması , respublikamızın tərəqqisinin təmin olunması və digər istiqamətlərdə tarixi əhəmiyyətə malik olan misilsiz işlər görülüb . Bir sözlə , müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu , milli həmrəylik və bütövlüyü təmin edən azərbaycançılıq ideologiyasının banisi , xalqımızın və dövlətimizin xilaskarı , ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətləri misilsizdir . Onun xalqımız qarşısındakı ən böyük xidmətlərindən biri də Azərbaycan dövlətçiliyinin xilası və bunun sayəsində ölkənin siyasi tarixində yeni bir mərhələnin açılmasıdır .

 

Zərdab rayon Qaravəlli kənd tam orta  məktəbin müəllimi- Xəyalə Abdulxalıqova