Xəbəraz

Naxçıvan Muxtar Respublikasının xilası və dirçəlişi Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır

Naxçıvan Muxtar Respublikasının xilası və dirçəlişi Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır

Naxçıvan Muxtar Respublikasının xilası və dirçəlişi Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.

Azərbaycanın görkəmli dövlət xadimi Heydər Əliyev 1990-ci il iyulun 20-də Moskvadan Bakıya,İyulun 22-də isə doğulduğu Naxçıvana getmişdir.1990-cəə il 30 sentyabr seçkiərində o Nehrəm seçki dairəsindən Naxçıvan MSSR-nın xalq deputatlığına seçilmişdir.1990-cı il 17 noyabr tarixində Naxçıvan MSSR-ın Ali Məclisinin ilk sessiyası Heydər Əliyevin sədirliyi ilə keçirilmişdir.Həmin sessiyada Heydər Əliyevin təşəbbüsü ilə mühüm qərarlar qəbul olunmuşdur.Sessiya Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adını dəyişərək Naxçıvan Muxtar Respublikası adlandırmağı qərara almışdır.Həmin sessiyada Azərbaycan Respublikasının milli istiqlal rəmzi olan üçrəngli dövlət bayrağının bərpası,onun Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı qəbul edilməsi haqqında qərarlar qəbul olundu.Ümummilli liderimiz Heydər Əliyevin Naxçıvandakı fəaliyyətində ən uğurlu cəhətlərdən biri də Dünya Azərbaycanlılarının həmrəlik və birlik günü haqqında fərman verməsi olmuşdur.1991-ci il 29 oktyabrnda H.Əliyevin ciddi səyi ilə başa gəlmiş Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda Azərbaycanla Türkiyə arasında Araz çayı üzərində salınmış müvəqqəti körpünün açılış mərasimi olmuşdur.28 may 1992-ci ildə isə Naxçıvanla Türkiyə arasında Araz çayı üzərində tikilmiş”Ümid”körpüsünün açılışı olmuşdur.Beləliklə,1991-1993 ci illər arasında Ümumimilli lider Heydər Əliyev Naxçıvandakı hakimiyyəti dövründə Muxtar Respublikanı geniş tərəqqi yoluna çıxarmağı bacardı.

 

  Zərdab  rayon Alıcanlı kənd tam orta məktəbin müəllimi- Hikmət Novruzov