Xəbəraz

Qısa zamanda Ulu Öndər Naxçıvan əhalisindən ibarət muxtar respublikada ilk mütəşəkkil milli ordu birləşmələri yaradaraq, Naxçıvanın müdafiə potensialını xeyli yaxşılaşdırdı

Qısa zamanda Ulu Öndər Naxçıvan əhalisindən ibarət muxtar respublikada ilk mütəşəkkil milli ordu birləşmələri yaradaraq, Naxçıvanın müdafiə potensialını xeyli yaxşılaşdırdı

Qısa zamanda Ulu Öndər Naxçıvan əhalisindən ibarət muxtar respublikada ilk mütəşəkkil milli ordu birləşmələri yaradaraq, Naxçıvanın müdafiə potensialını xeyli yaxşılaşdırdı

İlk dəfə olaraq Naxçıvanda 1990-cı illərdə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli, aylı-ulduzlu bayrağı dövlət bayrağı kimi qəbul edildi. Bununla kifayətlənməyərək, Azərbaycan dövlətinin də bu bayrağı rəsmi dövlət bayrağı kimi təsdiq etməsi üçün Azərbaycan Ali Soveti qarşısında vəsatət qaldırıldı. Hətta 1991-ci ildə Sovet İttifaqının saxlanması üçün keçirilən qanunsuz referendumda Naxçıvan iştirak etmədi. Əlbəttə atılan hər bir uzaqgörən addımlar Azərbaycanın dövlət müstəqilliyini şərtləndirdi. Sovet dövrünün ən ziddiyyətli və qəddar qərarlar qəbul etdiyi həmin illərdə Ümummilli Liderimiz öz qətiyyəti, cəsarəti, xalqına və millətinə bağlılığını sanki bir daha Moskvaya bəyan edirdi. Heydər Əliyev əməli olaraq, bütün fəaliyyəti boyu xalq və dövlət maraqlarının hər şeydən üstün olduğunu bidirirdi. 1991-ci il sentyabrın 3-də görkəmli dövlət xadiminin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsinə seçilməsi isə Azərbaycan xalqının taleyində böyük siyasi əhəmiyyətə malik tarixi hadisə oldu. Bu hadisə eyni zamanda, təcrübəli bir dövlət xadiminin dövlət idarəçiliyinə möhtəşəm dönüşü və xalqının ən çətin günlərdə onun nicatına yetişməsi idi. Həmin dövrdə Naxçıvanın işğalçı Ermənistanla olan sərhədlərinə düşmən tərəfindən müxtəlif hücumlar olduğundan Ali Məclisə sədr seçildikdən cəmi dörd gün sonra, yəni 7 sentyabr 1991-ci il tarixində Heydər Əliyev ən əsas vəzifə kimi Naxçıvanın müdafiəsinin gücləndirilməsi və mövcud təhlükədən xilas etmək məqsədilə Naxçıvan Muxtar Respublikasının Dövlət Müdafiə Komitəsinin yaradılması haqqında qərar qəbul etdi. Sonrakı dövrlərdə onun atmış olduğu ən cəsarətli addımlardan biri də Naxçıvanda yerləşən sovet qoşunlarına məxsus hərbi texnika və silahların muxtar respublikada saxlanılmasının təmin olunması oldu. Qısa zamanda Ulu Öndər Naxçıvan əhalisindən ibarət muxtar respublikada ilk mütəşəkkil milli ordu birləşmələri yaradaraq, Naxçıvanın müdafiə potensialını xeyli yaxşılaşdırdı. Bir mənalı olaraq demək lazımdır ki, bugünkü qüdrətli Azərbaycan Ordusunun əsası da məhz ilk dəfə Naxçıvanda qoyulub. Uzaqgörən rəhbərin Ali Məclisin Sədri olduğu dövrdə dünya azərbaycanlılarını bir ideya ətrafında – Vətənə və xalqa xidmət uğrunda birləşməyə səsləməsi öz əhəmiyyətinə görə daima aktual olacaqdır. 1991-ci il dekabr ayının 16-da Ali Məclis tərəfindən “31 Dekabr Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü haqqında” Qərarın qəbul edilməsi bir daha onun nə qədər müdrik olduğunu sübut edir. O, Ali Məclisin sədri olduğu dövrdə muxtar respublikanın dağılmış iqtisadiyyatının və kənd təsərrüfatının olduğunu nəzərə alaraq, Ali Məclisin 1992-ci il aprelin 6-da keçirilən sessiyasında “Naxçıvan Muxtar Respublikasında zərərlə işləyən kolxoz və sovxozlar haqqında”, eləcə də “Rentabelli işləyən kolxoz və sovxozların ictimai mal-qarasının özəlləşdirilməsi barədə təkliflər haqqında” tarixi qərarlar qəbul etdi. Yeni Azərbaycan Partiyasının təsis konfransı da 1992-ci ilin noyabr ayının 21-də Heydər Əliyevin Naxçıvan Ali Məclisinin sədri olduğu dövrdə respublikanın müxtəlif bölgələrindən gələn 600-ə yaxın  nümayəndənin iştirakı ilə keçirilib.

Qeyd etmək lazımdır ki, məhz Heydər Əliyevin Naxçıvan Ali Məclisinin sədri olduğu müddətdə muxtar respublikanın Türkiyə və İranla çoxəsrlik qonşuluq əlaqələrini yenidən bərpa olunaraq çox səmərəli qonşuluq, dostluq və qardaşlıq əlaqələri quruldu. Onun hər iki dövlətə məqsədyönlü səfərləri nəticəsində Naxçıvan tezliklə düşmüş olduğu böhrandan çıxa bildi. Bu əməkdaşlıq çərçivəsində xeyli strateji sənədlər imzalandı ki, bu sənədlər nəinki Naxçıvanın, sonralar bütövlükdə Azərbaycan üçün böyük siyasi, iqtisadi əhəmiyyətə malik oldu.

 

Rasim Hüseynov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədri