Xəbəraz

SOCAR “AZƏRİQAZ” İB-nin Baş direktoru Qəbələ rayonunda vətəndaş qəbulu keçirib -FOTO

SOCAR “AZƏRİQAZ” İB-nin Baş direktoru Qəbələ rayonunda vətəndaş qəbulu keçirib -FOTO

SOCAR “AZƏRİQAZ” İB-NİN BAŞ DİREKTORU QƏBƏLƏ RAYONUNDA VƏTƏNDAŞ QƏBULU KEÇİRİB.

Qanunla.Az xəbər verir ki, “Dövlət başçısının müvafiq tapşırığına əsasən digər qurumlar kimi SOCAR “Azəriqaz” İstehsalat Birliyi olaraq davamlı şəkildə regionlarda vətəndaşlarla görüşlər keçirərək, yerlərdə qaz təsərrüfatına dair problemlərin həllinə dəstək oluruq. Məqsədimiz, amalımız sizlərin yanında olmaqdır.” Bu sözləri SOCAR “Azəriqaz” İB-nin baş direktoru Ruslan Əliyev Qəbələ rayonunda keçirilən vətəndaş qəbulu zamanı bildirib. Görüşdə Birliyin Zaqatala Regional qaz istismarı İdarəsinin tabeliyində olan xidmət sahələrindən olan vətəndaşların problem və təklifləri dinlənilib. Müraciətlər zamanı fərdi qazlaşma, yaşayış məntəqələrinə və yeni yaşayış massivlərinə küçə qaz xəttinin çəkilməsi, işə qəbul və digər məsələlərə toxunulub. SOCAR “Azəriqaz” İB-nin baş direktoru Ruslan Əliyev qəbula üz tutan 20-dək vətəndaşı fərdi olaraq dinləyib və qaldırılan məsələlərin həlli barədə Zaqatala Regional qaz istismarı İdarəsinin rəhbərlərliyinə müvafiq tapşırıq verib. Vətəndaşların qəbul zamanı qaldırdıqları məsələlərin bir qismi yerindəcə həllini tapıb. Vətəndaşlar müraciətlərinə baxılması üçün onlara bu cür rahat şərait yaradıldığına görə Dövlət başçısına və SOCAR rəhbərliyinə təşəkkür ediblər.

image-img-20220905-wa0044 image-img-20220905-wa0045 image-img-20220905-wa0042 image-img-20220905-wa0043 image-img-20220905-wa0041