Xəbəraz

Son illərdə iki ölkənin elmi-akademik dairələri, ali təhsil müəssisələri arasında əməkdaşlıq daha intensiv xarakter alıbdır

Son illərdə iki ölkənin elmi-akademik dairələri, ali təhsil müəssisələri arasında əməkdaşlıq daha intensiv xarakter alıbdır

Son illərdə iki ölkənin elmi-akademik dairələri, ali təhsil müəssisələri arasında əməkdaşlıq daha intensiv xarakter alıbdır

Azərbaycan və İtaliya hərbi-texniki sahədə də əməkdaşlıq barədə razılıq əldə ediblər. Bu sahədə əməkdaşlıq ölkələrimiz arasında qarşılıqlı etimadın yüksək səviyyəsinin və Azərbaycanın hərbi-texniki sahədə əməkdaşlığının coğrafiyasının genişliyinin təzahürüdür.

Digər ikitərəfli əməkdaşlıq sahələrindən bəhs edərkən mədəni-humanitar sahədə son illər həyata keçirilən uğurlu təşəbbüsləri xüsusilə qeyd etmək lazımdır. Bu xüsusda, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın və Heydər Əliyev Fondunun rolu qeyd olunmalıdır. Heydər Əliyev Fondu tərəfindən İtaliyada müxtəlif layihələr reallaşdırılır. Roma şəhərində mədəniyyət abidələrinin bərpası işlərinə Azərbaycan tərəfindən fəal dəstək göstərilir. Mütəmadi əsasda İtaliyada keçirilən Azərbaycan kino və mətbəx festivalları ölkəmizin mədəniyyətinin təbliğinə xidmət edir. İtaliya dövlətinin başçısı tərəfindən 2020-ci ilin İtaliyada Azərbaycan Mədəniyyət İli elan olunması ölkəmizin mədəniyyətinin İtaliyada və Avropada daha geniş kütlələrə çatdırılmasına, xalqlararası təmasların daha da güclənməsinə və Azərbaycan-İtaliya əlaqələrinin daha da genişlənməsinə töhfə verəcək.

Bildiyiniz kimi, 2012-ci ildə Romanın görkəmli “Villa Borghese” parkında dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsinin açılışı olub. İtaliyaya səfəri zamanı cənab Prezident və birinci xanım bu abidəni ziyarət etdilər və önünə gül dəstələri qoydular.

Növbəti mühüm layihə kimi, Romanın mərkəzi hissəsində Azərbaycan Mədəniyyət Mərkəzinin açılması nəzərdə tutulur. Belə mərkəzlər hazırda Paris, Berlin və Vyanada fəaliyyət göstərir. Səfər zamanı cənab Prezident və birinci xanım Romada Azərbaycan Mədəniyyət Mərkəzi üçün nəzərdə tutulan bina ilə tanış oldular.

Humanitar sahəyə gəldikdə, son illərdə iki ölkənin elmi-akademik dairələri, ali təhsil müəssisələri arasında əməkdaşlıq daha intensiv xarakter alıb. Hazırda Azərbaycan Dillər Universitetində italyan dilinin tərcüməsi ixtisası tədris olunur və italyan dili mərkəzi fəaliyyət göstərir. İtaliyanın iki aparıcı universitetində – Roma Sapienza Universiteti və Venesiya Ka Foskari Universitetində azərbaycanşünaslıq fəaliyyəti çərçivəsində tədqiqatlar, tədris kursları həyata keçirilir. Son illərdə İtaliyanın ali təhsil müəssisələrində azərbaycanlı tələbələrin sayı artaraq 1500 nəfərə çatıb.

Azərbaycan Respublikası Prezidentinin İtaliyaya ilk dövlət səfəri, habelə səfər çərçivəsində imzalanmış Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə və digər istiqamətlər üzrə ikitərəfli sənədlər ölkələrimiz arasında strateji tərəfdaşlıq əlaqələrinin yeni sahələr üzrə səmərəli şəkildə inkişafını təmin edəcək.

 

Abdulbağı Fazilli – Zərdab şəhər sakini, fəal gənc