Xəbəraz

Artıq 30 ildir ki,bizim insanlarımız müstəqildir və biz əbədi olaraq müstəqil yaşamaq istəyirik

Artıq 30 ildir ki,bizim insanlarımız müstəqildir və biz əbədi olaraq müstəqil yaşamaq istəyirik

Artıq 30 ildir ki,bizim insanlarımız müstəqildir və biz əbədi olaraq müstəqil yaşamaq istəyirik.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müəyyən etdiyi strateji inkişaf xətti ölkəmizdə ardıcıllıqla və uğurla davam etdirilir. Heydər Əliyev siyasi kursu və ölkəmizin Prezidenti cənab İlham Əliyevin modernləşmə xətti yeni Azərbaycanı uğurla böyük gələcəyə doğru aparır. Müstəqil dövlətçiliyin Azərbaycan modeli müasir inkişafın əsas hədəflərini özündə əks etdirir və daha işıqlı sabahlara çatmaq üçün real təminat verir. Prezidentimiz cənab  İlham Əliyevin “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü haqqında” 12 oktyabr 2016-cı il tarixli sərəncamında deyildiyi kimi, “nüfuzu beynəlxalq miqyasda ilbəil möhkəmlənən Azərbaycan dünya ölkələri içərisində öz layiqli yerini tutmuşdur”. Formalaşmış güclü dövlətçilik sisteminə və zəngin yeraltı və yerüstü sərvətlərə, ən başlıcası isə inkişaf etmiş insan kapitalına malik olan Azərbaycan Respublikası müstəqil dövlətçiliyin müasir inkişafına əyani sübutdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev xalqımızın görkəmli lideri kimi ölkəmizi böyük inamla daha uğurlu sabahlara doğru aparır. Müstəqil Azərbaycanın mükəmməl dövlətçilik modeli yeni müstəqillik qazanmış ölkələr üçün də nümunədir. Müstəqillik illərində Azərbaycanda böyük uğurla həyata keçirilmiş Konstitusiya islahatları ölkəmizdə müstəqil dövlət quruculuğunun daha da inkişaf etdirilərək möhkəmləndirilməsinə xidmət etmişdir. O cümlədən 26 sentyabr 2016-cı ildə yüksək mütəşəkkil səviyyədə keçirilən referendum xalqın Prezident cənab İlham Əliyevin dövlətçilik kursuna tam dəstəyini ifadə edir. Dövlət başçısının həyata keçirdiyi siyasət nəticəsində Azərbaycanın regionun lider dövlətinə çevrilməsi, beynəlxalq aləmdəki yerini möhkəmləndirməsi, söz sahibinə çevrilməsi dünya miqyasında qəbuledilən reallıqdır. Bu reallığı təsdiq edən bir çox amilləri sadalamaq mümkündür. Prezidentimiz cənab  İlham Əliyevin iştirak etdiyi, o cümlədən, Bakıda keçirilən beynəlxalq əhəmiyyətli tədbirlər gənc Azərbaycan dövlətinin dünyada artan nüfuzunu təsdiq edən mühüm faktlardır. Azərbaycan artıq müxtəlif xarakterli – siyasi, idman, səhiyyə, iqtisadi və sair tədbirlərin keçirildiyi məkana çevrilib. Ölkəmizin mədəniyyətlərarası və sivilizasiyalararası dialoq üzrə mərkəzlərdən biri olmasını bütün dünya qəbul edir. Bütün bunlar ölkəmizin beynəlxalq aləmdə artan nüfuzundan xəbər verir.

Bu gün hər bir azərbaycanlı fərəh hissi keçirir. Çünki, dövlətimizin idarəçilik sükanı arxasında ümummilli liderimiz Heydər Əliyevin layiqli yetirməsi, yaratdığı siyasi kursun davamçısı, müstəqilliyimizin təminatçısı möhtərəm Prezidentimiz İlham Əliyev durur. Hər bir azərbaycanlının prezidenti olacağını qətiyyətlə bildirən və ötən müddət ərzində bunu əməli işi, genişmiqyaslı fəaliyyəti ilə bir daha sübut edən cənab İlham Əliyevlə xalqımız yeni-yeni müvəffəqiyyətlərə, uğurlara nail olacaq, müstəqilliyimizin qorunması, dövlətçiliyimizin inkişafı və möhkəmləndirilməsi istiqamətində irəliləyəcəkdir.

 

Zərdab rayon Çallı kənd tam orta məktəbin direktor müavini- Ariz Pənahov