Xəbəraz

Beynəlxalq hüquq normaları tamamilə pozulub

Beynəlxalq hüquq normaları tamamilə pozulub

Beynəlxalq hüquq normaları tamamilə pozulub

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2022-ci ilin 2 sentyabr tarixində İtaliyanın Çernobbio şəhərində keçirilmiş 48-ci Beynəlxalq Çernobbio forumunda “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxışında toxunduğu mühüm problemlər sırasında fundamental xarakter daşıyan beynəlxalq hüquq normalarının pozulması, beynəlxalq birliyin buna səssiz qalaraq, etinasız münasibət bəsləməsinə toxunulmuşdur.

Təəssüf ki, dövlətimiz üçün həyatı əhəmiyyət kəsb edən məsələdə biz bunun şahidi olmuşduq. 30 ilə yaxın bir müddətdə torpaqlarımızın işğal altında olmasına, dinc mülki əhaliyə qarşı xüsusilə ağır beynəlxalq cinayətlərin – soyqırımı, insanlıq əlehinə cinayətlər, müharibə cinayətlərinin törədilməsinə, xalqın mədəni irsinin amansızcasına məhv edilməsinə, ölkəmizin ekoloji sisteminə bərpa edilməyən ziyanın vurulmasına baxmayaraq, işğalçı Ermənistan lazımi təzyiqlərlə məruz qalmamışdır və beynəlxalq hüquqdan irəli qələn heç bir sanksiya ilə üzləşməmişdir. Acınacaqlı vəziyyət ondan ibarət idi ki, universal xarakterli beynəlxalq qurumun – Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının Qarabağla əlaqədar qəbul etdiyi dörd qətnaməsi yalnız kağız üzərində qalmışdır və faktiki olaraq, BMT-nin aparıcı orqanının mühüm sənədlərinin tələbləri həyata keçirilməmişdir. Azərbaycan artıq tarixə qovuşan münaqişənin dinc diplomatik yollarla, danışıqlar masası arxasında həll edilməsinə üstünlük versə də, beynəlxalq müstəvidə və ilk növbədə ATƏT-in Minsk qrupu çərçivəsində heç bir əməli fəaliyyət nümayiş etdirilmədi. Minsk qrupunun münaqişənin guya hərbi vasitələrlə həlli yolunun olmamasına dair bəyanatları Azərbaycanın milli maraqlarına cavab verməyən status kvonun saxlanılmasından başqa heç nəyə xidmət etmirdi.

Beynəlxalq qurumların məsuliyyətsiz davranış nümayiş etdirmələri və Ermənistan tərəfindən ardı arası kəsilməyən təxribatların törədilməsi şəraitində, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında qəhrəman Ordumuz beynəlxalq hüquqa əsaslanan qətiyyətli cavabı döyüş meydanında verərək, ölkəmizin ərazi bütövlüyünü və suverenliyini bərpa etdi.

Nağıyev Abbas –Zərdab rayon Dəli Quşçu kənd sakini, ağsaqqal