Xəbəraz

Bu rayonların qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Bu rayonların qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Bu rayonların qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Qanunla.Az xəbər verir ki, “Qaz İxrac” İdarəsinə məxsus “Azadkənd-İmişli” yüksək təzyiqli Magistral Qaz Kəmərinin korroziyaya uğramış hissənin dəyişdirilməsi, 2 ədəd futlyarların quraşdırılması və kəmərin müvafiq hissəsində yaranmış qaz sızmasının ləğvi ilə bağlı, 07.09.2022-ci il tarixdə təmir işlərinin görülməsi planlaşdırılır.
Təmir işləri aparılan müddətdə saat 08:30-dan İmişli rayonunun (tam olaraq), Cəbrayıl rayonundan məcburi köçkün düşmüş sakinlərin Biləsuvar rayonu ərazində kompakt yaşadığı 11 qəsəbənin, Saatlı rayonu üzrə Məzrəli kəndinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.