Xəbəraz

Uğurlu müstəqil siyasət

Uğurlu müstəqil siyasət

Uğurlu müstəqil siyasət

Bu gün dinamik inkişaf tempinə malik olan ölkəmizdə Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən, dövlətimizin milli maraqlarına xidmət edən uğurlu müstəqil siyasət Azərbaycanın davamlı olaraq inkişaf etməsinə, regionda lider dövlətə çevrilməsinə səbəb olmuş, xarici ölkələrlə yüksək səviyyəli münasibətlərin davam etdirilməsinə zəmin yaratmışdır. Müasir dövrün qlobal çağırışlarına dəstək verən Azərbaycanın yürütdüyü siyasət hazırda dünya dövlətləri və beynəlxalq təşkilatlarla uğurlu əməkdaşlıq imkanlarına malik olması, ölkəmizin etibarlı və strateji tərəfdaş kimi nüfuzunun beynəlxalq aləmdə yüksəlməsinə və dünya birliyinin ayrılmaz hissəsinə çevirməsinə gətirib çıxarmışdır. Hazırda qarşıya qoyduğu bütün hədəflərə uğurla yetişən Azərbaycan müasir dünyanın yeni iqtisadi fenomeninə çevrilməklə bir çox dövlətlərin onilliklərlə keçdiyi yolu qısa müddətdə adlayaraq öz rəhbərinin əzmkar fəaliyyəti sayəsində daha böyük nailiyyətlər əldə etməkdədir. Bu gün ölkəmizin inkişafı naminə həyata keçirilən tədbirlər, görülən işlər Azərbaycanın gələcəyinin daha parlaq olacağını tam əminliklə deməyə əsas verir. Təsadüfi deyildir ki, dünyada iqtisadi və maliyyə böhranlarının, təhlükələrin və təlatümlərin hökm sürməsinə baxmayaraq ölkəmizin sabit və təhlükəsiz şəraitdə sosial-iqtisadi tərəqqisi təmin edilib. Sürətli sosial-iqtisadi və mədəni-mənəvi inkişafı ilə regionun humanitar, siyasi, iqtisadi, mədəni, idman, o cümlədən elmi-intellektual mərkəzinə çevrilən ölkəmiz müasir dünyanın ən aktual problemlərinin müzakirə olunduğu beynəlxalq tədbirlərə ev sahibliyi edir, sivil dünyanın nüfuzlu elmi, mədəni, siyasi elitasını Bakıda bir araya gətirir. Azərbaycanın bugünkü reallıqlarına nəzər yetirərkən fəxrlə söyləyə bilərik ki, ölkəmiz sözün əsl mənasında müstəqil dövlət kimi dünya xəritəsində layiqli yerini tutub və ən əsası, bütün bu uğurlar fonunda Azərbaycanın müstəqilliyi daha da möhkəmlənir, dövlətçiliyi sarsılmaz olur.

Zərdab rayon Gənclər və İdman idarəsinin rəisi- Ələkbər Kərimov