Xəbəraz

Azərbaycan və İtaliya arasında iqtisadi əlaqələr

Azərbaycan və İtaliya arasında iqtisadi əlaqələr

Azərbaycan və İtaliya arasında iqtisadi əlaqələr

Azərbaycan – İtaliya münasibətləri  tarixi köklərə,qarşılıqlı faydalı əməkdaşlığa  söykənir və iki ölkə arasındakı  dostluq əlaqələrinin  strateji  tərəfdaşlıq müstəvisinə  yüksəlməsində Prezident İlham Əliyevin müstəsna xidmətləri var.

İtaliya Azərbaycanın xarici ticarət dövriyyəsində mühüm yer tutur.2021-ci ilin yanvar-iyul aylarında azərbaycanın  neft- qaz məhsullarının ixracında  İtaliya ilk yerdə qərarlaşıb.

Ölkələrimiz arasındaiqtisadi əlaqələr əsasən neft-qaz  və enerji sektorunu əhatə etsə də,son illərdə qeyri- neft sektoru üzrə də ciddi  əməkdaşlıq əlaqələri qurulub. Azərbaycanda sənaye,tikinti,ticarət,kənd təsərrüfatı ,rabitə,xidmət və s.sektorlarda  İtaliyanın  114  şirkəti fəaliyyət göstərir. İtaliya şirkətləri  həmçinin  ölkəmizin  neft-qaz sektorunda  dəyəri  9.9 mlrd  ABŞ dolları  olan 227 layihədə, qeyri-neft  sektorunda isə dəyəri  708 mln ABŞ  dolları olan 37 layihədə  podratçı kimi iştirak edirlər.

Azərbaycan Respublikasının prezidenti  İlham Əliyev  İtaliya Respublikasının  Prezidenti  Sercio Mattarellanın dəvəti ilə  avqustun 31-də Romaya işgüzar səfərə gedib. Bu səfər  çox geniş proqramı ilə  seçilməklə yanaşı, Azərbaycan- İtaliya  münasibətlərinin dərinləşdirilməsinə  yönəlib. Xüsusilə qeyd etmək lazımdır ki,2020-ci ildə  Çoxölçülü  Strateji Tərəfdaşlıq  münasibətlərinin  dərinləşdirilməsinə dair  Birgə Bəyannamə  həm də iki ölkə arasındakı  münasibətlərin  əhəmiyyətini ortaya qoyur. Ötən dövr ərzində siyasi,iqtisadi,humanitar,mədəni,enerji, nəqliyyat,elm və təhsil sahəsində əməkdaşlıq daha da inkişaf etdirilib. İkitərəfli münasibətlərdə xüsusilə enerji seqmenti  əhəmiyyətli rola malikdir. Müasir dünyada  geosiyasi konyuktura ,baş verən proseslər,enerji  tədarükündə baş verən qırılmalar bu sahəni daha da prioritet bir müstəviyə qaldırıb. Buxüsusda  Azərbaycana maraq böyükdür. Azərbaycan Avropa İttifaqının enerji təhlükəsizliyində  öz fəal rolu ilə seçilir.Azərbaycan özü də enerji resurslarının  nəqlindəki həcmin artırılmasında maraqlıdır və buna müsbət yanaşır.Bu baxımdan  İtaliya  həm də Cənub Qaz Dəhlizinin  son seqmenti olan  TAP layihəsində  əsas geosiyasi aktordur.

Azərbaycan  İtaliyanın neft təchizatında birinci,qaz təchizatında üçüncü yerdədir.TAP layihəsi  İtaliyanın qaz təlabatının  10 faizini ödəyir.Lakin həcmlərin artırılması  bu göstəriciləri  bir qədər də artıracaq.

Biz iki ölkə arasında  ticarət dövriyyəsinə nəzər saldıqda görə bilərik ki,ötən il bu həcm 9 mlrd.dollar təşkil edirdi, cari ildən isə  ticarət həcmi  11mlrd. dollara çatıb. Bu həcmin daha da genişləndirilmə  potensialı mövcuddur.

 

Teymurova   Sevda     

Saatlı rayon Genişkənd kənd  ümumi  orta  məktəbin müəIIimi