Xəbəraz

Azəriqaz İstehsalat Birliyinin 27 əməkdaşı mükafatlandırıldı-FOTO

Azəriqaz İstehsalat Birliyinin 27 əməkdaşı mükafatlandırıldı-FOTO

Azəriqaz İstehsalat Birliyinin 27 əməkdaşı mükafatlandırıldı.

Qanunla.Az xəbər verir ki, SOCAR “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev qurumun Zaqatala Regional Qaz istismarı İdarəsinin xidmət sahələrində çalışan bir qrup Birlik əməkdaşı ilə görüş keçirib. Baş direktor xidmətdə yüksək nəticələr əldə edən əməkdaşların həvəsləndirilməsinin, fəaliyyətlərinin stimullaşdırılmasının, vəzifədə irəli çəkilməsinin hər zaman SOCAR rəhbərliyinin diqqətində olduğunu qeyd edib. Baş direktor nəzarətçi-çilingərlərin əmək fəaliyyətini yüksək qiymətləndirdiyini vurğulayaraq hər bir əməkdaşın qayğıları ilə maraqlanıb. Daha sonra Ruslan Əliyev SOCAR “Azəriqaz” İB-də faydalı işinə, nümunəvi əmək fəaliyyətinə görə Birliyin 27 əməkdaşını Fəxri Fərman və hədiyyə ilə mükafatlandırıb. Birlik əməkdaşları göstərilən diqqət və qayğıya görə SOCAR rəhbərliyinə təşəkkür ediblər.

image-img-20220907-wa0019 image-img-20220907-wa0018 image-img-20220907-wa0017 image-img-20220907-wa0016 image-img-20220907-wa0014 image-img-20220907-wa0015 image-img-20220907-wa0013