Xəbəraz

197-ci gün: Rusiya Ukraynanın itkilərini açıqladı

  • 08 Sentyabr 2022
  • 2.163 baxış.
197-ci gün: Rusiya Ukraynanın itkilərini açıqladı

Rusiya müharibənin 197-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

Xəbəraz.org xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov deyib.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 293 təyyarəsi, 152 helikopteri, 1910 PUA-sı, 374 zenit-raket kompleksi, 4863 tank və digər zirehli texnikası, 826 reaktiv yaylım atəş sistemi, 3369 artilleriya və minaatanı, 5387 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, – o bildirib.