Xəbəraz

NATO Bakıda təlim kursu keçir

  • 09 Sentyabr 2022
  • 1.891 baxış.
NATO Bakıda təlim kursu keçir

Bakıda NATO-nun “Sülh və təhlükəsizlik naminə elm proqramı” çərçivəsində Müdafiə Nazirliyinin və digər dövlət strukturlarının aidiyyəti nümayəndələri üçün “Post kvantum kriptoqrafiyası üzrə orta və təkmilləşdirilmiş təlim kursu” keçirilir.

Bu barədə Xəbəraz.org -a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, kurs müddətində iştirakçılara müxtəlif mövzularda brifinqlər təqdim olunur, mövzulara dair ətraflı fikir mübadiləsi aparılır, eyni zamanda, praktiki qrup çalışmaları yerinə yetirilir.